Rüstəm gümüş medal qazandı, Hidayət medalsız qaldı

Rüstəm gümüş medal qazandı, Hidayət medalsız qaldı
XƏBƏR 30 Avqust 2017 / 19:57 3134
-  A +

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

Qol.az-ın məlumatına görə, 73 çəki dərəcəsində yığmamız 2 cüdoçu ilə təmsil olunub. Cüdoçumuz Rüstəm Orucov yarışa 1/32 finaldan başlayıb. Olimpiya mükafatçımız bu mərhələdə Akil Qyakova (Kosova) ilə üz-üzə gəlib. Orucov rəqibini ipponla məğlub edib. O, ikinci görüşündə Pyer Dupratla güləşib və yenə qələbə qazanan tərəf olub. Rüstəm üçüncü görüşünü Behruzi Xocazodaya (Tacikistan) qarşı keçirib. Təmsilçimiz əlavə vaxtda rəqibini üstələyib. O, yarımfinala gedən yolda çinli Saiyinjiriqala ilə münasibətinə aydınlıq gətirib. Cüdoçumuz ipponla qalib gəlib.  Avropa çempionu 1/2 finalda cənubi koreyalı Çanqrim Anı ipponla məğlub edib. 26 yaşlı cüdoçu finalda yaponiyalı Soiçi Haşimoto ilə üz-üzə gəlib və "qızıl xal"la uduzaraq gümüş medalla kifayətlənib.

73 kq çəki dərəcəsində yarışan Azərbaycanın digər cüdoçusu, Avropa çempionu Hidayət Heydərov isə yarımfinalda yaponiyalı Soiçi Haşimotoya məğlub olub. 20 yaşlı idmançımız bürünc medal uğrunda monqolustanlı Qanbatar Odbayarla mübarizə aparıb və uduzub. 

Daha çox


Son xəbərlər