"Arsenal" müdafiəçisini satdı

"Arsenal" müdafiəçisini satdı
XƏBƏR 30 Avqust 2017 / 16:07 3709
-  A +

"Arsenal" futbolçusu Kiran Qibbsi "Vest Bromviç"ə satıb.

Qol.az-ın "Vest Bromviç"in saytına istinadən yaydığı xəbərə görə, 27 yaşlı sol cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb.

Bu transfer üçün İngiltərə klubunun "Arsenal"a  7 milyon funt təzminat ödəyəcəyi iddia edilir.

Qeyd edək ki, K.Qibbs 2008-ci ildən "topçular"ın şərəfini qoruyurdu.

Daha çox


Son xəbərlər