Millimizin Norveçdəki məşqinin saatı açıqlandı

Millimizin Norveçdəki məşqinin saatı açıqlandı
XƏBƏR 30 Avqust 2017 / 10:30 2409
-  A +

DÇ-2018-in seçmə mərhələsində səfərdə  Norveçlə qarşılaşacaq millimizin sözügedən ölkədəki məşqinin saatı müəyyənləşib.

Qol.az-ın AFFA-nın saytına istinadın yaydığı xəbərə görə, "Ullevaal" stadionunda keçiriləcək məşq  avqustun 31-ü Bakı vaxtı ilə 22:45-də (yerli vaxtla 20:45-də) başlayacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

Qeyd edək ki, Norveç - Azərbaycan matçı sentyabrın 1-i keçiriləcək.

Daha çox


Son xəbərlər