Bir Saşa və yüz Saşa

Bir Saşa və yüz Saşa
XƏBƏR 29 Avqust 2017 / 14:55 4846
-  A +

Vaxtilə Azərbaycan futbol çempionatında «Şəmkir» önəmli komandalardan biri idi. Stadionunda da olmuşam, gözəl bir stadionu vardı, ev oyunlarında da iynə atsan yerə düşməzdi. Və bu komandanın sponsoru da Azərbaycanda xeyriyyəçi kimi tanınan məşhur Saşa idi (Şahbaz Süleymanov). Yeri beşihtlik olsun. Xəstə idi, yeriyə bilmirdi, amma bütün var-dövlətini yeriyən-yürüyən oğullara xərcləyirdi. Maşından düşə bilmirdi, «Şəmkir»in bütün səfər oyunlarına da gedərdi və elə maşınını stadionun bir kənarında saxlayıb, oyunu ordan izləyərdi.

Yəni bir Saşa «Şəmkir» komandasını bəy balası kimi saxlayırdı.

İndi Şəmkirdə Saşadan da varlı olan bəlkə yüz «Saşa» var. Allah həm saylarını çox eləsin, həm də varlarını daha da artıq eləsin. Və həm də Şəmkir respublikanın həm iqtisadi, həm də abadlıq baxımından ən inkişaf etmiş rayonlarından biridi.

Bir Saşa «Şəmkir» komandasını saxlayırdı! İndi yüz «Saşa» bir «Şəmkir» komandasını saxlaya bilməzmi?

Söz şəmkirlilərindi!

Aqil ABBAS

Daha çox


Son xəbərlər