Vurulan bir qola görə bir gənc futbolçunu dağ başına qaldırmaq ən çox elə onun karyerasına ciddi zərbədir. Çox tərifləyəndə onlarda başgicəllənməsi yaranır. "Kopenhagen"lə oyundan sonra bir neçə jurnalist narahatlıqla yazdı ki, Mahir Mədətovu futboldan kənar məsələlərlə gündəmə gətirmək, ümumiyyətlə, çox reklam etmək birinci elə onun özünə ziyandır.
Jurnalistlər bunu niyə yazırdı? Çünki daha çox ictimai-siyasi mediadan olan həmkarlarımız futbolçunun nə zamansa bir xanım telejurnalistə gül hədiyyə etməsi kimi adi və köhnə faktı qabardır, digərləri Mahirin üzərində haqqı olan atası ilə müsahibələr dərc edirdi. Əlbəttə, medianın mötəbər bir oyunda qol vuran bir oyunçunun futboldan kənar həyatından yazması başadüşələndir. Amma… Biz bəzən unuduruq ki, bu səpkili yazılar istənilən futbolçunun, o cümlədən Mahirin diqqətini əsas işindən ayırar və bu, onun gələcək karyerasına ciddi zərbə vurar, futbolçuda çox erkən yaşda “ulduz xəstəliyi” yaradar.
Elə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da dünən “İnter”lə oyundan sonra keçirdiyi mətbuat konfransında bundan narahatlığını dilə gətirib. Mahirin “ulduz xəstəliyi”nə tutulmayaraq növbəti matçlarda da yaxşı oyun nümayiş etdirəcəyinə, medianın bu məsələdə daha diqqətli olacağına inanaraq Qurban Qurbanovun gənc futbolçu ilə bağlı dediklərini bir daha təqdim edirik. 
- Mahir Mədətov son vaxtlar formadadır. Onun mətbuatın gündəmində olması sizi narahat etmir ki?
- Təsəvvür edin, mən futbolçuları oyunlara hazırlamaqla yanaşı, sosial şəbəkədəki fikirlərdən də qorumalıyam. Həmişə çalışıram ki, futbolçularım belə şeylərdən uzaq olsunlar. Futbolçu psixologiyası elədir ki, 99.9 faizi belə hallarda ulduz xəstəliyinə tutulur. Bir çox oyunçu olub ki, şan-şöhrət onların karyerasına ziyan vurub. Bu gün mən Mahirə görə narahatam. “Kopenhagen”lə matçda qol vurduqdan sonra əvvəlki oyununun 50 faizini oynamadı. Buna görə gənc oyunçularımızın bu cür reklam olunmasına qarşıyam. Hər şeyin həddi var. Elə ola bilər ki, mən də onlarla fərdi söhbətlərdən yorulum.
- Ola bilər ki, vacib oyunlardan öncə futbolçulara sosial şəbəkələrdən istifadə qadağa edilsin?
- Olur ki, futbolçu özü bununla maraqlanır. Mühüm matçlardan əvvəl dəfələrlə futbolçulara müsahibə verməyi qadağa etmişəm. Ancaq buna nəzarət etmək çox çətindir. Təəssüf ki, bizim hətta ən bacarıqlı futbolçularla bağlı belə problemlər olub.
Qol vurandan sonra huşunu itirdi
"Araz-Naxçıvan" - "İmişli" matçından - Video
Nuriyev qol vurdu, komandası uduzdu
"Bizi çox çətin oyunlar gözləyir" - Cavid Hüseynov
Transfer təklifini rədd etdi, kapitanlıqdan məhrum oldu
“Sumqayıt” portuqaliyalı futbolçu transfer etdi
Şeydayevin komandasının matçı təxirə salındı
"Çelsi" "Real Sosyedad"a qalib gəldi
"Sabah" - "Kəpəz" matçının heyətləri açıqlandı
"İmişli"nin futbolçusu zədələndi
"Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Konyaspor"dan bir gündə 4 transfer
Klub 60 ildən sonra onu göndərdi, azarkeşlər etiraz etdi
"Araz-Naxçıvan" - "İmişli": Heyətlər
İmad Faraj "Neftçi" ilə vidalaşdı
“Qalatasaray”a "yox" dedi
“Mançester Siti” onu icarəyə göndərdi
Ferran Torres PSJ-yə keçdi
“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar
“Milan” futbolçusunu icarəyə verdi
“Atletiko” 40 milyonluq transferi açıqladı
"Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə
İspaniyada transferlərə ən çoxu pulu kim xərcləyib?
“Qarabağ”ın tarixini dəyişən “Tvente” qolu - Video
Fransa FİFA-UEFA qarşıdurmasında İnfantinonu dəstəkləyir
"İnter"dən “Latsio”ya
İmmobile karyerasını başa vurdu
“Qalatasaray” debütantla oyunda xal itirdi - Video
Bu gün La Liqada yeni mövsüm başlayır
“Qarabağ”la oyuna getməkdən imtina etdi - Oteldə qaldı
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
“Traktor” yeni mövsümə qələbə ilə başladı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi