"Qarabağ"ın futbolçusu Əfran İsmayılov Topaz Premyer Liqanın 2-ci turunda "İnter"lə oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, komandasının yeganə qolunun müəllifi olan 28 yaşlı yaşlı yarımmüdafiəçi əvvəlcə matç barədə fikirlərini bildirib:
- Çətin oyun keçdi. Rahat qələbə qazanmadıq. İki cəbhədə mübarizə aparırıq: Çempionlar Liqası və ölkə çempionatı. “İnter” hər zaman iddialı komanda olub. Çətin oyunda vacib qələbə qazandıq.
- Düşünmürsən ki, son iki mövsümlə müqayisədə “Qarabağ” bu il çempionata daha yaxşı start verib?
- Bəlkə də elədir. Getdikcə komanda inkişaf edir. Mütləq nəticə qazanmaq istəyirik.
- Heyətdəki gənc futbolçuların oyunu necə dəyərləndirirsən?
- Gördüyünüz kimi, yaxşı mübarizə apardılar. Əlbəttə, onlar perspektiv vəd edən oyunçulardır. Əgər gələcək vəd etməsəydilər, heç meydana da çıxmazdılar.
- Növbəti görüşləriniz Çempionlar Liqasında “Kopenhagen”ə, Premyer Liqada “Qəbələ”yə qarşı olacaq…
- Çətin oyunlar olacaq. Danimarkada ağır matç olacaq. Hamı bilir ki, çətin səfərdir. Ciddi hazırlaşacağıq. İlk olaraq Çempionlar Liqasının matçına hazırlaşacağıq.
- “Kopenhagen”lə cavab matçı barədə nə demək olar?
- Cavab qarşılaşması barədə heç nə demək olmaz. Çünki rəqib də güclü komandadır. 1:0 hesabı sürüşkəndir. Arxayınlaşmaq olmaz. “Kopenhagen” “Vardar”a ilk oyunda 0:1 hesabı ilə uduzsa da, cavab qarşılaşmasında inamlı qələbə qazanıb mərhələ adlamışdı. Asan rəqib deyillər. Əlimizdən gələni edəcəyik. İstəyirik ki, Azərbaycan xalqını sevindirək. Bizdən çox şey gözləyirlər. Özümüz də uğur qazanmaq istəyirik.
- “Kopenhagen” “Qarabağ” üçün ən böyük təhlükəni necə yarada bilər?
- Baş məşqçimiz rəqibi analiz edəcək. Amma mənim üçün onların standart vəziyyəti çox təhlükəlidir. Rəqib oyunçuların da boyları uzundur. Orada ab-hava da başqa cür olacaq. Azarkeşlərin dəstəyi güclü olacaq. İnşallah ,yaxşı hazırlaşacağıq.
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video