Bu həftə Topaz Premyer Liqasında II turun oyunları keçiriləcək.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Qəbələ” yeni mövsümdə ilk ev oyununa çıxacaq. Avrokubok matçlarını Bakıda keçirən komanda 2017/18 mövsümündə ilk dəfə Qəbələ şəhər stadionunda oynayacaq. Roman Qriqorçukun yetirmələri öz meydanında “Sumqayıt”ı qəbul edəcək.
Hər iki komanda çempionata qələbə ilə başladığından matç turun mərkəzi oyunlarından biri hesab edilir. Açılış turunda “Qəbələ” “İnter”i, “Sumqayıt” isə “Kəpəz”i məğlub edib. Hər iki komanda 2:1 hesabı ilə qalib gəlib.
Avqustun 20-də baş tutacaq qarşılaşma rəqiblərin 21-ci dueli olacaq. İndiyədək “Qəbələ” və “Sumqayıt” 20 dəfə görüşüb. Əvvəlki oyunların hamısı Premyer Liqa çərçivəsində keçirilib.
İlk dəfə 2011-ci il avqustun 14-də üz-üzə gələn komandaların matçlarında “Qəbələ” aşkar üstünlüyə malikdir. Təkcə bir faktı demək kifayətdir ki, “qırmızı-qaralar” əvvəlki matçların hamısında qol vurub.
Meydanı qolsuz tərk etməyən komandanın hesabında 13 qələbə və 5 heç-heçə var. “Sumqayıt” isə cəmi 2 dəfə qalib gəlib. Düzdür, bunlardan biri sonuncu oyuna təsadüf edib. Lakin “Qəbələ” son 15 görüşdə yalnız bir dəfə uduzub. Top fərqində də qəbələlilər böyük üstünlüyə malikdir - 38:16.
“Qırmızı-qaralar”ın evdəki qarşılaşmalarda üstünlüyü daha böyükdür. Ardıcıl 9 dəfə qonaqlara qalib gələn “Qəbələ” yalnız son ev duelində xal itkisi ilə üzləşib. Öz meydanında 22 dəfə fərqlənən komanda yalnız 5 top buraxıb.
“Sumqayıt”la oyunlarda vurulan 38 topda “Qəbələ”nin 23 futbolçusunun imzası var. Daha bir dəfə rəqib futbolçu Cəmil Hacıyev öz qapısına qol vurub. “Qırmızı-qaralar”ın sumqayıtlılarla görüşlərdəki bombardiri Viktor Mendi 7 dəfə qola sevinib. Aleksey Qay və Dodo hərəyə 3, Umar Kalabane, Baqali Dabo, Cavid Hüseynov və Lorenzo Ebesilio isə 2 qol vurublar.
Xatırladaq ki, avqustun 20-də keçiriləcək “Qəbələ” - “Sumqayıt” oyunu saat 20:00-da başlayacaq.
2011/12 mövsümü
14.08.2011. Premyer Liqa. Sumqayıt Şəhər - Qəbələ - 1:2
Orxan Əliyev, 90+3 - Dodo, 5, Daniel Lopes Kruz, 41
04.12.2011. Premyer Liqa. Qəbələ - Sumqayıt Şəhər - 3:1
Serj Cehua, 37, Dodo, 70, Viktor Mendi, 86 - Samir Abasov, 39
2012/13 mövsümü
26.08.2012. Premyer Liqa. Qəbələ - Sumqayıt - 4:1
Bruno da Silva, 33, Umar Kalabane, 53, 71, Rəşad Abdullayev, 55 - Ruslan Qurbanov, 18
08.12.2012. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:1
Viktor Mendi, 39
2013/14 mövsümü
19.08.2013. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:1
Vüqar Əsgərov,4, Ruslan Qurbanov, 62-p. - Yannik Kamanan, 12
25.10.2013. Premyer Liqa. Qəbələ - Sumqayıt - 2:0
Daniel Subotiç, 24, Dodo, 63
02.02.2014. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:3
Viktor Mendi, 3, Lorenzo Ebesilio, 55, Leonardo da Silva, 57
17.05.2014. Premyer Liqa. Qəbələ - Sumqayıt - 3:1
Viktor Mendi, 39, Lorenzo Ebesilio, 86, Abdulvahid Afolabi, 90+2 - Məhəmməd Qurbanov, 7
2014/15 mövsümü
24.10.2014. Premyer Liqa. Qəbələ - Sumqayıt - 3:1
Cavid Hüseynov, 77, Pavol Farkaş, 88, Ekiqo Ehiosun, 90+2 - Ramazan Abbasov, 40
18.12.2014. Premyer Liqa. Sumqayıt - Qəbələ - 1:1
Məhəmməd Qurbanov, 67 - Cavid Hüseynov, 86 (p.)
08.03.2015. Premyer Liqa. Qəbələ - Sumqayıt - 2:0
Viktor Mendi, 23, 34
08.05.2015. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:2
Aleksey Qay, 39, Viktor Mendi, 41
2015/16 mövsümü
21.09.2015. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:0
Aleksey Qay, 90+2 (p.)
21.11.2015. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:2
Uğur Pamuk, 29, Ağabala Ramazanov, 69 - Cəmil Hacıyev, 40 (ö.q), Samir Zərgərov, 71
14.02.2016. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:0
Ermin Zets, 69
09.04.2016. Premyer Liqa. Sumqayıt - Qəbələ - 1:1
Aleksey Qay, 65 - Pərdis Fərcad-Azad, 85 (p.)
2016/17 mövsümü
22.09.2016. Premyer Liqa. Qəbələ - Sumqayıt - 2:0
Baqali Dabo, 85; 90
25.10.2016. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:2
Yusif Nəbiyev, 47; Amil Yunanov, 90+4 (p.) - Rəşad Eyubov, 64; Filip Ozobiç, 73
28.01.2017. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:1
Vitali Vernidub, 58 - Məhəmməd Qurbanov, 53
29.04.2017. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:1
Amil Yunanov, 27; Mirabdulla Abbasov, 29 - Asif Məmmədov, 40
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video
Filipe Kandido: “Qələbəni tam haqq etdik”
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”