“Qarabağ”da ciddi itki - Kuba oyunu tərk etdi

“Qarabağ”da ciddi itki -  Kuba oyunu tərk etdi
GÜNDƏM 25 İyul 2017 / 21:24 6907
-  A +

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində hazırda “Şerif”i qəbul edən “Qarabağ” ciddi itki ilə üzləşib.

Qol.az-ın xəbərinə görə, Ağdam klubunun yeni tranferi Kuba (Yakub Jezniçak) zədələnib.

Rəqiblə mübarizə zamanı xəsarət alan polşalı müdafiəçi matçın 9-cu dəqiqəsində meydanı tərk etsə də, həkimlərin müdaxiləsindən sonra yenidən geri dönüb. Lakin ağrıları davam edən Kuba qarşılaşmanın 24-cü dəqiqəsində Elvin Yunuszadə ilə əvəzlənməli olub.

Futbolçunun son durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
 
Qeyd edək ki, “Qarabağ”ın digər mərkəz müdafiəçisi Rəşad Sadıqov da zədədən əziyyət çəkdiyi üçün “Şerif”lə matçda iştirak etmir.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu