«İnter» klubunun prezidenti Georgi Nikolovun futbol veteranı və AFFA-nın sabiq baş katibi Çingiz İsmayılovu tanımaması, onun ümumiyyətlə şəxsiyyəti və fəaliyyətiylə bağlı heç nə bilməməsi barədə dedikləri Azərbaycanın futbol adamları arasında etiraza səbəb olub.
Tanınmış teleşərhçi Valid Sənani də Georgi Nikolovun fikirlərinə etirazını bildirib. «Bu adam Çingiz İsmayılovu haradan tanısın?! Çingiz bir futbolçu kimi parlayanda Georgi Nikolov uşaq olub. O, Azərbaycanda işləməyə gələndə isə Çingiz İsmayılov daha futbolla məşğul deyildi. Amma hər halda Çingiz İsmayılov kimi bir futbol adamı haqda belə ifadələr işlətmək klub prezidentinə, ümumiyyətlə, bir insana yaraşmaz». V.Sənan hesab edir ki, Nikolov Cingiz İsmayılov haqda fikir bildirməzdən əvvəl onun kimliyilə maraqlanmalıydı: «Öyrənməli idi ki, Çingiz necə futbolçu, teleşərhçi olub, futbol aləminə qayıdandan sonra Azərbaycan futbolu üçün hansı işləri görüb. Nikolovun mədəniyyəti olsaydı, öz həmkarı haqda fikir bildirməzdən əvvəl onun haqqında informasiya toplayaydı».
V.Sənani Azərbaycanın Çingiz İsmayılov kimi bir futbolçuyla fəxr etməli oduğunu söyləyib. Onun fikrincə, Azərbaycan futbolunda çalışan hər bir kəs, xüsusilə də əcnəbilər ən azı ölkənin idmanına, xalqına hörmət olaraq «Neftçi» və Azərbaycan futbolunun tarixindən bəhs edən kitabları oxumalıdılar: «Onda bilərlər ki, Azərbaycan futbolu kimləri yetişdirib, kimlərin adları fəxrlə çəkilir. Bir ölkədə işləyirsənsə, onun tarixini, mədəniyyətini bilməlisən. Özünə qiymət verən adam bunu hökmən etməlidir».
Hacı Əliyev milliyə məşqçi təyin edildi
Məşhur futbolçu karyerasını başa vurdu
Füzuli Məmmədov bu kluba baş məşqçi təyin olundu
“Şamaxı”nın yay hazırlığı harada olacaq?
Eriksenin karyerası təhlükə altında?
DÇ-2026: Özbəkistan millisinin oyun təqvimi
Şimali Makedoniya - Azərbaycan matçının hakimləri bilindi
Konfrans Liqasında ev oyunlarını Azərbaycanda keçirəcəklər
“Fiorentina”ya yeni baş məşqçi təyin edildi
“Şəfa”nın yay hazırlıq planı bəlli oldu
"Milan" Fransa millisinin üzvünü transfer etmək istəyir
Kukurella "Çelsi"dən gedir
PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
Azərbaycan gimnastlarından Dünya kubokunda üç qızıl medal
Misli Premyer Liqasında mövsümün ən yaxşı 10 qolu - Video
Konate “Real"la müqavilə imzalayıb
FİFA prezidenti Eriksendən danışdı
“Azərbaycandan mənə dedilər ki, gözləyin” - Yuri Maksimov
İtaliya Yunanıstana qalib gəldi - Video
"Şəfa"dan yayın ilk transferi
Modriç oyun sayında Messiyə çatdı
Kristian Eriksenin durumu bəlli oldu
Yuran təyinatından iki həftə sonra istefa verdi
Ardıcıl 8-ci dəfə "Real"ın prezidenti seçildi - Rəsmi
Braziliya millisində dəyişiklik
Yaya Ture baş məşqçi təyin edildi
Aziz Yıldırım "Fənərbaxça"nın prezidenti seçildi - Rəsmi
Dünya çempionatından klublar nə qədər qazanacaq?
“Ayntraxt” 5 futbolçusunu yola sala bilər
“Feyenoord”dan gözlənilməz qərar - Van Persi göndərildi
İngiltərə klubundan ona 60 milyonluq təklif var
Milli müdafiəçisini yoldaşlıq matçında itirdi
"Barselona"ya keçə bilər
Kipr yığması səfərdə qalib gəldi
Deşam DÇ-2026 favoritlərini açıqladı
"Ehtiyat oyunçu statusu məni narahat etmir"
İran millisindən yekun qərar - ABŞ-da qalmaq olmayacaq
"Çelsi" İraoladan niyə imtina etdi?
"Barselona" Yamala şərt qoydu