«İnter» klubunun prezidenti Georgi Nikolovun Qol.Az-a müsahibəsi
- Mahmud Qurbanovun baş məşqçi Valentin Xodukinə start heyətə buraxmadığı üçün çalışdırıcıya irad bildirdiyi, hətta onu söyməsi səbəbindən komandadan ayrıldığı deyilir.
- Bəzi mətbuat orqanlarında Mahmudun “İnter»dən ayrılmaq məsələsi şişirdilir. Hesab edirəm ki, bunda məqsəd qalmaqal yaratmaqlır. İstənilən futbolçunun hazırlığı səviyyəsi baş məşqçini qane etməsə, onunla vidalaşmaq təbii haldır. Digər tərəfdən, Mahmudla müqavilənin müddəti başa çatmışdı. Məlum səbəblərə görə, yolları ayırmalı olduq.
- Futbolçulara borcunuzu ödədiniz?
- Bəli. Dekabr ayının maaşlarını verdim.
- Dünyada baş verən iqtisadi böhran komandanıza mənfi təsir göstəribmi?
- Gizlətmirəm, böhran hər yerdə olduğu kimi, klubumuza da təsirsiz ötüşməyib. Ancaq bu, «İnter»in planlarına ciddi təsir göstərə bilməz.
- Klubunuzun büdcəsini açıqlaya bilərsiniz?
- Xeyr.
- Nə üçün?
- Bu, komandanın daxili işidir. Ümumiyyətlə, dünyada klublar adətən büdcələrini açıqlamırlar, sirr olaraq saxlayırlar. Bizim də prinsipimiz belədir.
- Ancaq deyilənə görə, büdcəniz 20-25 milyon dollar təşkil edir.
- Bu haqda qəti danışmaq istəmirəm. Amma bir şeyi nəzərinizə çatdırım ki, büdcəmiz dediyiniz məbləğdən çox azdır.
- Komandanızda çoxlu sayda legioner olduğuna görə tənqid obyektinə çevrilmisiniz…
- Bunu düzgün saymıram. Biz səviyyəli legionerlərə üstünlük vermişik. Hazırlığı aşağı olan futbolçular isə komandamızda yer almır. Səviyyəli legionerlərin klubumuzda oynamasının yerli və gənc oyunçuların potensialının artmasına böyük faydasa dəyə bilər.
- AFFA-nın İcraiyyə Komitəsinin son toplantısına qatılmadığınız üçün «Şəfa» stadionu ilə bağlı federasiyaya hesabat verməmisiniz…
- Xaricdə məzuniyyətdə idim. Bu səbəbdən İcraiyyə Komitəsinin toplantısına maliyyə direktorunu göndərmişdim. Ancaq nədənsə, onu dinləməyiblər. Bununla belə AFFA-nın mart ayına nəzərdə tutulan İcraiyyə Komitəsinin toplantısında hesabatı özüm verəcəyəm.
- Komandanızda olan millinin üzvlərinin ehtiyat oyunçular skamyasında oturdulmasına görə də klubunuz tənqid olunub.
- Bunu qəti qəbul etmirəm. Baş məşqçimiz hər şeyi yaxşı qiymətləndirir. Hazırlıqsız futbolçular necə ola bilər ki, meydana buraxılsın.
- «Birlik kuboku»na hazırlıq necə gedir?
- Hər şey plan üzrə gedir. Çox yaxşı haldır ki, hər hansı problem yoxdur.
- Yeni oyunçular transfer olunacaqmı?
- Xeyr.
- Bu, çətinlik törətməz?
- Nə üçün bizə yeni oyunçular lazımdır? Komandamız çempion olub, hazırda ilk dövrəni lider kimi başa vurub. Bir sözlə, heyət tam komplektləşib.
Anar CƏFƏRSOY
Hacı Əliyev milliyə məşqçi təyin edildi
Məşhur futbolçu karyerasını başa vurdu
Füzuli Məmmədov bu kluba baş məşqçi təyin olundu
“Şamaxı”nın yay hazırlığı harada olacaq?
Eriksenin karyerası təhlükə altında?
DÇ-2026: Özbəkistan millisinin oyun təqvimi
Şimali Makedoniya - Azərbaycan matçının hakimləri bilindi
Konfrans Liqasında ev oyunlarını Azərbaycanda keçirəcəklər
“Fiorentina”ya yeni baş məşqçi təyin edildi
“Şəfa”nın yay hazırlıq planı bəlli oldu
"Milan" Fransa millisinin üzvünü transfer etmək istəyir
Kukurella "Çelsi"dən gedir
PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
Azərbaycan gimnastlarından Dünya kubokunda üç qızıl medal
Misli Premyer Liqasında mövsümün ən yaxşı 10 qolu - Video
Konate “Real"la müqavilə imzalayıb
FİFA prezidenti Eriksendən danışdı
“Azərbaycandan mənə dedilər ki, gözləyin” - Yuri Maksimov
İtaliya Yunanıstana qalib gəldi - Video
"Şəfa"dan yayın ilk transferi
Modriç oyun sayında Messiyə çatdı
Kristian Eriksenin durumu bəlli oldu
Yuran təyinatından iki həftə sonra istefa verdi
Ardıcıl 8-ci dəfə "Real"ın prezidenti seçildi - Rəsmi
Braziliya millisində dəyişiklik
Yaya Ture baş məşqçi təyin edildi
Aziz Yıldırım "Fənərbaxça"nın prezidenti seçildi - Rəsmi
Dünya çempionatından klublar nə qədər qazanacaq?
“Ayntraxt” 5 futbolçusunu yola sala bilər
“Feyenoord”dan gözlənilməz qərar - Van Persi göndərildi
İngiltərə klubundan ona 60 milyonluq təklif var
Milli müdafiəçisini yoldaşlıq matçında itirdi
"Barselona"ya keçə bilər
Kipr yığması səfərdə qalib gəldi
Deşam DÇ-2026 favoritlərini açıqladı
"Ehtiyat oyunçu statusu məni narahat etmir"
İran millisindən yekun qərar - ABŞ-da qalmaq olmayacaq
"Çelsi" İraoladan niyə imtina etdi?
"Barselona" Yamala şərt qoydu