Türkiyədə qazaxlarla ermənilərin oyununda kütləvi dava - Video

Türkiyədə qazaxlarla ermənilərin oyununda kütləvi dava - Video
GÜNDƏM 13 Fevral 2017 / 14:24 4522
-  A +

Türkiyənin Antalya bölgəsində Qazaxıstanın "Kaysar" və Ermənistanın "Banants" futbol komandaları arasındakı yoxlama matçında kütləvi toqquşma baş verib.

Qol.az-ın vesti.kz-yə istinadən verdiyi məlumata görə, hadisəyə erməni futbolçunun "Kaysar"ın kapitanı Maksat Baycanovu təxribata çəkməsi səbəb olub. Münaqişəyə onların komanda yoldaşları da qoşulub. Davanın yekununda toqquşmanın səbəbkarları meydandan qovulub.

Qeyd edək ki, görüş "Kaysar"ın qələbəsi ilə yekunlaşıb - 2:0.


Daha çox


Son xəbərlər