"Qəbələ"nin futbolçusu Rasim Ramaldanov Topaz Premyer Liqanın 18-ci turunda "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərə müsahibə verib.
Qol.az-ın xəbərinə görə, o, yeni komandasında debüt matçında qırmızı vərəqə almasına və digər məsələlərə toxunub
- Son dəqiqə şokunu gözləyirdiniz?
- Oyuna hazır idik. Ağır matç keçəcəyini gözləyirdik. Həmişə olduğu kimi qalib gəlmək istəyirdik. 3 xal qazanmağa çalışdıq. Ancaq son saniyələrdə buraxdığımız qolla uduzduq. Nəticədə 1 xal qazandıq.
- Son dəqiqələrdə vurduğunuz və buraxdığınız qolları kənardan izlədin. Nə baş verdi? Komandanızda arxayınçılıq oldu?
- 2-ci qolumuzu gördüm. Bundan sonra dedim ki, yüzfazili qalibiyyətdir. Ona görə də paltardəyişmə otağında idim. Sözün düzü, rəqibin 2-ci qolunu görmədim.
- "Qəbələ"də ilk oyununda həyəcan var idimi?
- Yox. Komanda ilə məşq edirəm, yavaş-yavaş uyğunlaşıram. Özümü də rahat hiss edirəm. Bir da vaxt keçəndən sonra komandaya tam öyrəşəcəyəm.
- İki sarı alaraq meydandan çıxarıldın. Əsas ikinci, qırmızıya çevrilən vərəqə ilə bağlı fikirlərini bildirərdin...
- Baş hakim Əliyar Ağayev bundan qabaq mənə sarı verdi. İlk "sarı"dan 5-10 dəqiqə keçməmiş ikincini östərdi. Özüm də bilirəm ki, bu vərəqə verilməli deyildi. Baş hakim (Əliyar Ağayev – red.) də vərəqə vermək istəmirdi. Yan xətt hakimi bayrağını qaldırdı, ona işarə etdi. Bildiyimə görə, səhv qərardır. Top uğrunda mübarizə gedirdi. Buna görə sarı vermək mümkün deyil.
- Baş hakimə etiraz etdinmi?
- Bəli. Ancaq xeyri yoxdur. Qərarını çıxarıb.
- "Qəbələ" son vaxtlar hakim qərarlarından çox narazıdır. Ancaq son 2 ev oyununda rəqiblərin əleyhinı hakim qərarları olub. Hakimlərin bu qeyri-adi nəylə bağlı idi?
- Hakimlər haqda danışmaq istəmirəm. Onların öz sədrləri var. Düz-səhv özləri bilər.
- Baş məşqçiniz Roman Qriqorçuk qırmızı vərəqə aldığına görə narazılıq etmədi?
- Yox, heç bir şey demədi.
- Növbəti turda "Qarabağ"la oyunda görüşəcəksiniz. Mərkəz müdafiəçilərinizdən ikisi zədəli, sən də cəzalıdan...
- Elədir, çətin olacaq. Baş məqşçi buna bir şey tapar, mərkəz müdafiəçini əvəzləyən bir futbolçunu heyətə qoyar.
- İlk oyunda qırmızı vərəqə almaq sənə nə dərəcədə pis təsir göstərir?
- Əlbəttə, heç keçə xoş gəlmir. Debütün belə olması xoşagəlməz haldır. Mənə dəstək verməkdənsə, meydançadan çıxartmaq yaxşı hərəkət deyil. Belə düzgün olmazdı.
- Bunu hakimlərə deyirsən?
- Yox. Ümumiyətlə, ilk matçımda meydançadan çıxmalı deyildim.
- Komandanız 2-ci qolu vurandan sonra içəridən möhkəm qışqırırdın. Sanki "qırmızı"nı bununla sığortalayardın...
- Sevinmişdim ki, qələbə qazandıq. Həm də komanda 10 nəfərlə qalmışdı.
Messi cərimələndi
“Marsel”dən darmadağın
Qadın güləşçilərimizdən 2 medal
Ezri Konza rəsmən "Arsenal"da
Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı
Avropa çempionatı: Azərbaycan boksçusu gümüş medal qazandı
Azərbaycan millisi Andorra ilə qarşılaşacaq
"Barselona" De Yonqa qiymət qoydu
FİFA-dan Argentina millisinə və Paredesə sərt cəza
"Qarabağ" və "Sabah"dan qələbə
"Tottenhem"in sabiq futbolçusu vəfat etdi
Misli Premyer Liqasında 2-ci turun hakimləri açıqlandı
Amit Quluzadə yenidən bu klubun baş məşqçisi oldu
Van-Bissaka "Vest Hem"ə keçdi
"Sabah" - "Hapoel" matçına nə qədər bilet satılıb?