"Qarabağ"ın futbolçusu Miçel Markos Madera Topaz Premyer Liqanın 17-ci turunda "Zirə" ilə oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, ilk olaraq görüş haqda fikirlərini bildirib.
- Əvvəlki oyunlar kimi, bu matç da çətin oldu. Hədəfimiz qələbə qazanmaq idi və bunu bacardıq. Qalibiyyət əldə etdiyimiz üçün sevincliyik.
- Dani Kintananın yoxluğu meydanda nə dərəcədə hiss olundu?
- Sözsüz, Dani bizim üçün vacib futbolçudur. Təəssüf ki, o, hazırda zədəlidir və bərpa olunur. Biz fikrimizi belə mənfi şeylərə yönəltmirik. Növbəti oyunlar haqda düşünməliyik.
- Çempionatın hazırkı durumu motivasiyanıza necə təsir edir?
- Qazandığımız qələbə motivasiyadır. Çempionatda yaxşı futbolçular var. Üstəlik, bütün oyunlar çətin keçir. Deməzdim ki, rahat xallar qazanırıq. Suallarınız mənə təəccüblü gəlir. Rəqiblərimiz də müqavimət göstərir və qələbə qazanmaq istəyir. Meydanda hər şey göz qabağındadır.
- “Qarabağ”ın hakim köməyinə ehtiyacı varmı?
- Mən bu barədə heç nə danışmaq istməmirəm. Hakimlik də asan deyil.
- “Qəbələ” ilə oyun yaxınlaşır. Sizcə, həmin matç çempionluq üçün həlledici ola bilərmi?
- Deməzdim ki, həlledici olacaq. “Qəbələ”dən öncə “Kəpəz”lə qarşılaşacağıq. Bizi Gəncə səfərində çətin oyun gözləyir.
Messi cərimələndi
“Marsel”dən darmadağın
Qadın güləşçilərimizdən 2 medal
Ezri Konza rəsmən "Arsenal"da
Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı
Avropa çempionatı: Azərbaycan boksçusu gümüş medal qazandı
Azərbaycan millisi Andorra ilə qarşılaşacaq
"Barselona" De Yonqa qiymət qoydu
FİFA-dan Argentina millisinə və Paredesə sərt cəza
"Qarabağ" və "Sabah"dan qələbə
"Tottenhem"in sabiq futbolçusu vəfat etdi
Misli Premyer Liqasında 2-ci turun hakimləri açıqlandı
Amit Quluzadə yenidən bu klubun baş məşqçisi oldu
Van-Bissaka "Vest Hem"ə keçdi
"Sabah" - "Hapoel" matçına nə qədər bilet satılıb?