Türk futbolçu La Liqa klubundan ayrıldı

Türk futbolçu La Liqa klubundan ayrıldı
DÜNYA FUTBOLU 31 İyul 2020 / 12:38 3736
-  A +

Türkiyə millisinin sabiq üzvü İsmayıl Köybaşı İspaniyanın “Qranada” klubundan ayrılıb.

Qol.az “AS” nəşrinə istinadən xəbər verir ki, La Liqa təmsilçisi 31 yaşlı müdafiəçi ilə  başa çatan müqaviləsini yeniləməyib.

Türk futbolçunun azad agent statusu ilə ölkəsinə qayıdacağı iddia olunur.

Qeyd edək ki, ötən yay “Qranada”ya transfer olunan Köybaşı bu komandanın heyətində 4 La Liqa, 3 İspaniya kuboku matçına çıxıb, 1 qolla yadda qalıb.

Son xəbərlər