"Titul mənim üçün çox önəmlidir" - "Neftçi"nin yeni transferi

"Titul mənim üçün çox önəmlidir" - <b style="color:red"> "Neftçi"nin yeni transferi</b>
ÖLKƏ FUTBOLU 27 İyul 2020 / 17:05 3182
-  A +

“Burada ancaq yaxşı şeylər gözləyirəm. Komanda yoldaşlarımla böyük işlər görə bilərik”.

Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yeni transferi Talisson Diaz klubun televiziyasına müsahibəsində deyib.

“Ağ-qaralar”dakı hədəflərindən danışan braziliyalı müdafiəçi klubun tarixinə düşmək istədiyini bilidirib: “Bu böyük klubda oynamaq fürsətim olduğu üçün çox sevincliyəm. Hamımız birlikdə çalışmalıyıq ki, qarşıdan gələn çempionat və Avroliqa oyunlarında daha irəli getmək üçün əlimizdən gələni edək.

Əsas məqsədim bu komandanın formasını geyinməklə bacarıqlarımı göstərə bilmək, komanda yoldaşlarımla birgə mənə inanan insanların etimadını doğrultmaqdır. Titullar qazanmaq istəyirəm. Bu, mənim üçün çox önəmlidir. Məqsədim adımı bu böyük klubun tarixinə yazaraq, mövqeyimi “Neftçi”də daha da çox bərkitməkdir”.


 

Daha çox


Son xəbərlər
26.09.20  15:20

"Real"da ciddi itki

25.09.20  19:30

Morata "9"u seçdi