Millimizin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsində Xorvatiya ilə bərabərə qaldıqları oyundan (1:1) sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç haqda danışıb.
- Mən nəticəyə və komandanın oyununa görə xoşbəxtəm. Oyunçularımla qürur duyuram. Heyətində ulduzlar olan dünya ikincisinə qarşı oynayırdıq. Xorvatiyanı ədalətli oyuna görə təbrik edirəm. Azarkeşlərimizə təşəkkür edirəm. Onlar xüsusilə, ikinci hissədə bizə böyük dəstək oldular. Mən xorvatiyalıyam, ancaq bu gün bütün ürəklə azərbaycanlı idim. Hamı bu sevincə artıqlaması ilə layiq idi. Son vaxtlar bəzi matçlarda yaxşı oynasaq da, nəticə baxımından üzümüz gülmürdü. Ancaq bu dəfə sevindirici nəticəyə nail olduq. Emosionalam, danışmaqda çətinlik çəkirəm. Xoşbəxtəm ki, azarkeşlər də özlərini xoşbəxt hiss edirlər.
- Düşünmürsünüz ki, əvvəlki matçlarda nəticənin olmaması heyətin düzgün qurulmaması ilə bağlı idi?
- Hər suala açığam, tənqidə belə. Çətin sualdır. Biz bilmirik ki, digər futbolçuları oynatsaydıq, nəticə necə olardı. Bunun konkret cavabı yoxdur. Hər kəs fikrini bildirir. Mən çalışırdım ki, oyunu dəqiq analiz edim. Macarıstan və Slovakiyaya qarşı yaxşı oynamamışdıq. Əsas səbəb fiziki çatışmazlıq idi. Bizim iki yolumuz var: xal qazanmağa çalışmaq və ya gələcəyi düşünmək. Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Ramil Şeydayev, Mahir Emreli, Ömər Buludov və Renat Dadaşov çox gəncdirlər. Onlar gələcəkdə komandanın özəyini təşkil edəcəklər. Bunları başa düşürəm. Ancaq hesab edirəm ki, mənim bunları qeyd etməyim sizin tərəfinizdən də başadüşülən olacaq.
- Rəqib baş məşqçi Emil Balayevin oyununu qeyd etdi. Sizə görə komandanın ən yaxşısı kim idi?
- Məncə, Balayev mükəmməl idi. O, bizi bir neçə qoldan xilas etdi. Xüsusilə, ilk 20 dəqiqədə. Çünki Xorvatiya çox aqressiv, hücumameylli başlamışdı. O, həmin dəqiqələrdə komandanın köməyinə çatdı.
- Zaqreb və Kardiffdə yaxşı oyun və bu gün Bakıda ilk xal. Növbəti hədəf nədir?
- Hansısa komanda favorit deyilsə və top-klass komandaya qarşı oynayırsa, bütün futbolçular 100 faiz oyununu göstərməlidir. Və bir nəfər xüsusi oyunçu lazımdır ki, ağılasığmaz şeylər etsin. Bugünkü Emil Balayev kimi. Gələn matçlarda da belə olmalıdır.
- Riçard Almeyda zədəli olmasaydı, Emin Mahmudovun meydana çıxmaq şansı olardımı?
- Dünən də mətbuat konfransında demişdim ki, o, çox yaxşı futbolçudur. Ancaq biz balansı qorumalıyıq. Müdafiəni də, rəqibi də düşünməlisən ki, onlar nəyə qadirdilər, biz nə edə bilərik. Emini pleymeyker kimi görürəm. O, topla yaxşı işlər görə bilər. Ancaq belə matçlarda topla çox oynamağımız elə də böyük ehtimal deyil. Standart vəziyyətləri də nəzərə almalıyıq. Belə halda hava toplarında yaxşı olanları meydana buraxmalıyıq. Bir məşqçi bütün oyunu görməlidir. Bütün bunlar səbəblərdir.
- Tsikl boyu stabil oynamaq üçün bu futbolçular yetərlidimi?
- Sualın cavabını hələ bilmirəm. Əvvəlcə son baş verənləri həzm etməliyəm. Bizim planımız da budur ki, elə futbolçularımız olsun, ağıllı-başlı oynasınlar, təkcə ürəklə yox. Bunu birləşdirmək qısa zaman kəsiyində alınmaz. Ümid edirəm ki, bu işdə hamı dəstək olacaq. Əvvəlki matçlarda Rahildə, Antonda alınmayan epizodlar və ya səhvlər olurdu. Belə hallarda medianın reaksiyası yadımdadır. Bəhlul son iki oyunda çıxış etdi. Oynayır, pis görünmür. Amma top səviyyəli futbolçulara qarşı oynayanda səhvlər olacaq. Çünki o, gəncdir və həmişə bu tempdə oynamır. Gənclərə dəstək olmaq lazımdır ki, onları yığmamız üçün qazandıraq. Yeri gəlmişkən, Renata mən şans verəndə bəzi insanlar anlayışla qarşılamırdılar ki, nəyə görə oynayır. Bir müddət sonra “Vulverhempton” onu transfer etdi. Deməli, qabında nəsə var. Təkcə potensial olması kifayət deyil, həmin futbolçulara şans da vermək lazımdır ki, inkişaf etsinlər.
- İkinci dəfə Bakıda xorvat məşqçi ilə Xorvatiyanı büdrətdik. Bu amilin vacib olduğunu düşünmürsünüz ki? Özünüz də dediniz ki, Macarıstan və Slovakiyaya qarşı belə oyun alınmamışdı...
- Bəlkə də, səbəblərdən biri budur. Mən Xorvatiyanın mentalitetini bildiyim üçün bu, üstünlükdür. Slovakiya və Macarıstana qarşı da mümkün qədər yaxşı hazırlaşmışdıq. Biz xüsusilə slovakların üstünlüyünü bilirdik ki, standart vəziyyətlərdə güclüdürlər. Bizim belə oyunçularımız var, ancaq bəs etmir. Əvvəl də demişdim ki, Slovakiyadan ikinci qolu buraxdıqdan sonra geridönüş çətin idi. 1 qolu sığortalamaq olur ki, bunun bu gün şahidi olduq. Qol buraxdıqdan sonra bərabərlik qolunu vurduq, qələbə üçün də çalışdıq. Bir səhv həlledici ola bilir.
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı
Ronaldo belə bərpa olunur - Şəkillər
"Barselona"ya keçmək istəyir
2-ci liqada 19-cu tur 3 oyunla başladı
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
Kyeza İtaliya millisinin heyətindən çıxarıldı
Qvardiola İngiltərə Liqa Kubokunun rekordçusu oldu
AFFA nümayəndələri UEFA Grow Konfransında
18 yaşlı futbolçu vəfat etdi
Azərbaycan milliləri mühüm yarışlara hazırlaşır
Neymarın DÇ-2026-da iştirak şansı minimaldır
AFFA akademiyalara ziyarətin ilk mərhələsini yekunlaşdırdı
Azərbaycan boksçuları Macarıstanda 4 medal qazanıb
Qələbəyə həsrət qalan "Sevilya"dan baş məşqçi qərarı
Arteta: "Kədərli bir gündür"
Özbək Xusanovun İngiltərədə ilk titul sevinci - Video
Qrizmann bu kluba keçir
Messinin daha bir nadir nailiyyəti
"Real" Madrid derbisini belə qazandı - Video
“Son 15-20 ildə heç vaxt belə yanaşma olmamışdı”
"Mançester Siti" İngiltərə Liqa kubokunu qazandı
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Azərbaycan millisinin məşqindən - Şəkillər
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"