“Astana”da ilk qolumu vurduğuma görə şadam”.
Qol.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda şərəfini qoruduğu “Astana” klubunun saytına verdiyi açıqlamada bildirib.
Braziliyalı futbolçu dünən Qazaxıstan çempionatının 27-ci turunun “Akjayık”la səfər matçının 23-cü dəqiqəsində penalti ilə hesabı açıb. Oyun Almeydanın komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Almeyda bu qolu komanda yoldaşlarına, azarkeşlərə və matçı izləmək üçün dünən səhər Qazaxıstana gedən ailə üzvlərinə həsr etdiyini söyləyib:
“Əlbəttə, bütün futbolçular kimi, qol vurmaq mənə də xoşdur. Amma qarşıma çox qol vurmaq vəzifəsi qoymuram. Komandama öz oyunumla kömək etmək istəyirəm. Əgər alınsa, bunu qol vurmaqla etmək isə məni ikiqat xoşbəxt edər. Bütün bunlar komanda yoldaşlarıma ötürmə etməyimə mane olmayacaq”.
Əlavə edək ki, bu görüşdə start heyətdə meydana çıxan R.Almeyda 46-cı dəqiqədə əvəzlənib.
26 turdan sonra "Astana" 61 xalla 1-ci pillədə qərarlaşıb.
"Real"a Kurtua zərbəsi
Mançini Premyer Liqaya qayıdır?
“Neftçi”nin baş məşqçisindən Abubakar açıqlaması
“Neftçi” – “Araz-Naxçıvan” 2:2 - Video
“Xal qazandıq, yoxsa itirdik deyə bilmirəm” - Samir Abasov
Elmar Baxşıyev: “Qalib də gələ bilərdik”
Dibala “Roma”dan ayrılır?
“Sabah” 3 xalı 3 qolla qazandı - Video
“Belə məğlubiyyət bizə yaraşmadı” - Rəşad Sadıqov
Dambrauskas: “Dünyanın ən xoşbəxt məşqçisiyəm”
“Qarabağ”la oyundan əvvəl La Liqada xal itirdilər
“Neftçi” - “Araz-Naxçıvan”: Heyətlər
Gənc futbolçu qətlə yetirilib
Kloppa yeni iş verildi
"İnter Mayami" Messi ilə razılığa gəldi
Azərbaycan boksçularından uğurlu start
Noyer Mülleri geridə qoyub rekordçu oldu
"Sabah" - "Zirə": Heyətlər
Ronaldo 800-ə çatan ilk futbolçu oldu
Messi het-trik edib bombardir oldu
Azərbaycan çempionatları tarixində 2-ci dəfə
"Layiq bilsələr, milliyə dəvət edəcəklər" - Mehdi Cənnətov