Avroliqa oyununda hakimin başını yardılar – Video

Avroliqa oyununda hakimin başını yardılar –  Video
VİDEO 10 Avqust 2018 / 01:06 7405
-  A +

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Şturm" (Avstriya) -  AEK (Kipr) matçında insident yaşanıb.

Qol.az-ın məlumatına görə, görüşün 78-ci dəqiqəsində azarkeşlərin atdığı şüşə butulka  yan xətt hakiminin başına dəyib. Yerə yıxılan laysmanın başından qan açılıb. Nəticədə oyunun baş hakimi qarşılaşmanı dayandırıb. Matç təxminən 40 dəqiqə fasilədən sonra davam etdirilib.

Qeyd edək ki, görüş qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.




Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın