Blatter: “Afərin, Azərbaycan!”

Blatter: “Afərin, Azərbaycan!”
GÜNDƏM 23 Sentyabr 2012 / 12:48 4569
-  A +

FIFA prezidenti Yozef Blatterin Azərbaycanda təşkil olunan qızlar arasında dünya çempionatından razıdır.

Qol.Az-ın məlumatına görə, ötən gün Azərbaycanda keçirilən FIFA U-17 qadınlararası dünya çempionatının açılış mərasimində iştirak edən FIFA prezidenti Yozef Blatter təşkilati məsələlərdən məmnunluğunu ifadə edərək twitter sosial şəbəkəsində çempionatla bağlı fikirlərini bölüşüb.

“Ceylo və sirk ustalarının əsrarəngiz ifası ilə U-17 qadınlararası dünya çempionatının  möhtəşəm açılışı. Ev sahibini təbrik edirəm”.
 
“Bu gün Bakıdakı üç U-17 dünya çempionatının oyununda coşqun azarkeşlərin mükəmməl dəstəyi var. Bu, regiondakı ilk FIFA qadın futbol turniri üçün misli görünməmiş bir şeydir”.


Blatter həmçinin çempionatın ilk oyunu haqda da fikrini ifadə edib: “8-ci kilometr stadionunda, U-17 dünya çempionatının ilk oyununda əla atmosfer var. Afərin, Azərbaycan!”

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi