"Simurq" bürünc medalları və avrokuboklara vəsiqəni təmin etdi

"Simurq" bürünc medalları və avrokuboklara vəsiqəni təmin etdi
PREMYER LİQA 11 May 2009 / 21:46 4362
-  A +

Qol.Az saytı bu gün saat 16:00-dan etibarən premyer-liqanın XXV turun ikinci oyun gününün qarşılaşmalarından canlı mətn-reportaj yayımladı

"Simurq"-"Qəbələ" 1:0
Zaqatala şəhər "Simurq" stadionu
Hakimlər: Azad Mütəllimov, İlham Əliyev, Azər Əsgərov, Rasim Məmmədov
Qol: Vladimir Mazyar, 81

90. Oyun başa çatdı. "Simurq" çempionatın başa çatmasına bir tur qalmış bürünc medalları və avrokuboklara vəsiqəni özü üçün təmin etdi
İndi artıq "Qəbələ" hesabı bərabərləşdirmək üçün bütün komanda ilə irəli atılıb. Amma "Simurq"un beton müdafiəsini yarmaq çox müşkül məsələdir.
81. QOLL. 10 nəfərlə qalan "Qəbələ" nəhayət ki, təslim olur. Komanda yoldaşının cinah asmasını tamamlayan Mazyar hesabı açır.
79. "Qəbələ" son 10 dəqiqəni meydanda azlıqda keçirməli olacaq. Görüşün baş hakimi Azad Mütəllimovun ünvanına təhqiramiz ifadələr işlətdiyinə görə qonaqların gürcüstanlı yarımmüdafiəçixi Torniko Aptsiauri qırmızı vərəqə alaraq meydandan qovulur.
77. "Simurq" böyük qüvvə ilə hücum edir, "Qəbələ" isə inadla müdafiə olunur. Qonaqların latviyalı qapıçısı isə zaqatalalılar üçün keçilməzdi.
70. Mazyarın zərbəsi bu dəfə də Dorosevisə qismət olur.
60. Meydan sahibləri inanılmaz qol epizodunu qaçırırıar. Elşən Məmmədov olduqca əlverişli mövqeydə dayanan komanda yoldaşı Mazyara ötürmə vermək əvəzinə qapıya zərbə endirmək fikrinə düşür və nəticədə növbəri real imkan boşa verilir.
54. "Simurq" bu hücuma qolla təhlükəli hücumla cavab verir. Çxetanının zərbəsi zamanı qonaqların bəxti gətirir. Zərbə dirəyin azacıq üstündən keçir.
50. İkinci hissədə ilk təhlükə "Qəbələ"dən gəlir. Zərgərov cinahdan ötürülən topa azacıq gecikir.
İkinci hissə başlandı
Birinci hissə başa çatdı.
44. "Qəbələ" ilk hissə ərzində ilk təhlükəli hücumunu təşkil edir. Lakin Samir Zərgərovun zərbəsi qapıdan azacıq aralı keçir. 
İlk hissə artıq sona yaxınlaşır. Meydan sahibləri ərazi üstünlüklərini hələ də qola çevirə bilmirlər. 
"Qəbələ"nin müdafiəçiləri növbəti dəfə "Simurq"un hesabı açmasına çətinliklə də olsa  mane ola bilirlər.
İlk yarım saatın tamamına yaxın oyun bütünlüklə meydan sahiblərinin tərəfindədir. "Qəbələ" hücum qurmaqda çox çətinlik çəkir.
24. Sokolov yenidən diqqət mərkəzinə gəlir. Bu dəfə onun 25 metrlik məsafədən yerinə yetirdiyi cərimə zərbəsini "Qəbələ"nin qapıçısı çətinliklə doqquzluqdan çıxardır.
18. Çertoqanovun qüvvətli zərbəsini "Qəbələ"nin latviyalı qapıçısı Dorosevs çətinliklə dəf edir.
16. Sergey Sokolovun baş zərbəsni qəbələli müdafiəçilər son anda boş qapıdan çıxardırlar.
Üstünlük "Simurq"un tərəfindədir.
15. "Qəbələ" ilk hücumunu həyata keçirir. Kənan Kərimovun uzaq məsafədən zərbəsi dəqiq alınmır.
Zaqatala şəhər stadionunda oyuna maraq çox böyükdür. Qarşılaşmanı tribunalardan 4000-ə yaxın azarkeş izləyir.
Matça "Simurq" fəal başlayır və ilk dəqiqələrdə ardıcıl olaraq 2 künc zərbəsi vurmaq hüququ qazanır. Lakin hər iki halda "Qəbələ" qapısını toxunulmaz saxlaya bilir. 
Oyun başladı.


11 may, bazar ertəsi

MOİK-"Olimpik" 1:6
"Səfa" stadionu
Hakimlər: Zöhrab Əliyev, Habil Əliyev, Aleksandr Musatkin, Fuad Həsənov
QOLLAR: Axundov, 80-Əzimov, 30, 40, 56, Qomes, 50, Haciyev 75, Qooberişvili 86
Oyun başa çatdı.
86. QOLL. MOİK-in qolundan sonra "Olimpik" dərhal üstünlüyü yenidən öz əlinə alır və meydan sahiblərini vurduğu təsəlli qoluna görə peşman edir. Aleksandr Qoqoberişvili 6-cı dəfə MOİK meydanın mərkəzinə dəvət edir.
80. QOLL. Axundov MOİK-in təsəlli qoluna imza atır.
"Olimpik" yenidən tempi aşağı salır və bununla da meydan sahiblərinə bir qədər oynamaq şansı verir.
72. QOLL. Haciyev istəyinə çatır. Komanda yoldaşının ötürməsindən sonra "hərbçilərin" bir müdafiəçisini arxada qoyaraq hesabı MOİK üçün biyabırçı həddə çatdırır. 0:5
70. Nizami Hacıyev bir qədər tələsməsə idi fərqlənə bilərdi
"Olimpik" tempi bir qədər aşağı salıb.
MOİK futbolçuları demək olar ki, rəqib önündə tam acizdirlər.
54. QOLL. Nərman Əzimov het-trik edir. 0:4
50. QOLL. Qomes MOİK-i üçüncü dəfə meydanın mərkəzinə dəvət edir.
İkinci hissə başladı
Birinci hissə başa çatdı.
41. QOLL. Dubla imza atan Əzimov "Olimpik"i hesabda 2:0 önə çıxardır
39. "Olimpik" oyundan tam üstünlüyə malikdir.
31. QOLL. Nərman Əzimov qapıçı ilə təkbətək çıxaraq hesabı açır. 0:1 "Olimpik" hesabda önə keçir
22. "Olimpik" oyunda ilk real qol epizodu əldə etsə də, Draqan Mandiç əlverişli şansı qaçırır.
11. İlk zərbə Qomesdən gəlsə də, top qapıdan aralı keçdi.
5. Hələ ki, tərəflərdən hansısa üstünlük qazanmayıb.
Oyun başladı.

"Muğan"-"Standard" 1:3
QOLLAR: Abdullayev 43-
 Rodruqo, 73, Qutyerres, 90, 90+4

Saylan. Olimpiya İdman Kompleksinin stadionu
Hakimlər: Vüsal Əliyev, Roman Vasiliyev, Orxan Məmmədov, Rauf Cabarov

Oyun başa çatdı.
90+4. QOLL. Yenə Qutyerres, yenə qol. Hesab artıq 3:1-dir. Beləliklə "Standard" çətin oyundan 3 xalla ayrılmağa nail olur.
"Muğan" bütün qüvvə ilə irəli atılsa da, məğlubiyyətdən qaçmaq olmur.
90. Salyan stadionuna yığışan yerli fanatlar şoka düşür. Axır ki, Qutyerres də istəyinə çatır. Komanda yoldaşının ötürməsini cərimə meydançasında qəbul edən hücumçu komandasını hesabda irəli çıxarır.
85. Camalın zərbəsi "Muğan"ın qapıçısına qismət olur.
Meydanda açıq futbol gedir. Hər iki tərəf artıq qol vurmaq üçün hücum edir.
"Standard" təzyiqi bir qədər də artırsa da, hələki qələbə qolu gəlmir.
72. QOLL. Nəhayət ki, Rodriqo və "Standard" qol istəyinə çatdı. Uruquvaylı hücumçu əla zərbə ilə topu "Muğan"ın qapısından keçirir. 1:1
68. Camal Məmmədovun uzaq məsafədən zərbəsini "Muğan"ın qapıçısı məharətlə dəf edir.
60. "Standard" hesabı bərabərləşdirə bilərdi. Amma Rəcəb Fərəczadə yaxın məsafədən qapını dəqiq nişan ala bilmir.
"Standard" hesabı bərabərləşdirmək üçün bütün qüvvə ilə irəli atılır, Salyan klubu isə müdafiəyə çəkilərək təhlükəli əks-hücumlara bel bağlayır
Oyun meydanın mərkəzində gedir.
İkinci hissə başladı
Birinci hissə başa çatır
43. QOLL.
"Muğan" hesabı açır. Elnur Abdullayev 15 metrlik məsafədən çərçivəni dəqiq nişan alır.
42. "Muğan" ilk real qol şansını əldə etsə də, Tərlan Xəliov topa istədiyi kimi zərbə vura bilmir.
40. "Standard" ərazi üstünlüyünü davam etdirir. Qutyerres yenə qapıçı ilə dueldən məğlub ayrılır.
30. "Standard" növbəti dəfə real şansı boşa verir. Bu dəfə Rodriqo yaxın məsafədən çərçivəyə düşə bilmir.
24. Qutyerresin yaxın məsafədən zərbəsini dəf edən Kamal Bayramov komandasını real qoldan xilas edir.
20. "Standard" tədricən üstünlüyü ələ alır.
12. Oyunda ilk təhlükəli vəziyyət Salyan klubunun qapısı ağzında yaransa da, bəxt "Muğan"ın dadına çatır.
10. Meydanda bərabərsəviyyəli oyun gedir, qarşılaşmada real qol epizodu yoxdur.
5. Salyan stadionun qazonu hələ ki tərəfləri ehtiyatlı oynamağa məcbur edir.
Oyun başladı.



"Simurq"-"Qəbələ"
Zaqatala şəhər stadionu
Hakimlər: Azad Mütəllimov, İlham Əliyev, Azər Əsgərov, Rasim Məmmədov 

9 may, şənbə
"İnter" - "Karvan" 4:0 
"Şəfa" stadionu
Hakimlər:
Anar Salmanov, İskəndər Əliyev, Azad Q. Hüseynov, Ceyhun Hüseynov
QOL: Petroviç (9), Cavid Hüseynov (67), Valter Quqlemon (69, 75)

Oyun başa çatdı.
83. Quqlemon daha bir şansı boşa verdi.
77. Rubinsin qüvvətli zərbəsini "Karvan"ın qapıçısı qaytara bildi.
75. QOLL. Quqlemon özünün ikinci, komandasının dördüncü qolunu vurdu.  
72. Valter hesab arasındakı fərqi daha da artıra bilərdi. Əgər təkbətəkdən yararlansaydı.
69. QOLL. Quqlemon hesab arasındakı fərqi üçə çatdırdı. Uruqvaylı hücumçu bombardirlər yarışında zirvəyə yüksəldi.
67. QOL. Cavid Hüseynov hesabı 2:0-a çatdırdı.
60. "Karvan"dan Murad Ağakişiyevin zərbəsi təhlükəli alındı.
53. "İnter"ən Qoran Arnautun uzaqdan zərbəsi qapıdan aralı keçdi.
48. Vüqarın daha bir zərbəsi təhlükəli alındı.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.

44. Cavid Hüseynovun başla zərbəsini "Karvan"ın qapıçısı tuta bildi.  
38. Auqustonun zərbəsi təhlükəli alındı.
30. "İnter" hücumlarını davam etdirir.
16. Vüqar Nadirov hesabı bərabərləşdirməyə yaxın idi.
9. QOL. Petroviç "İnter"i hesabda önə keçirdi.
2. "İnter" matça fəal başlayıb. Auqusto ilk dəqiqələrdə hesabı aça bilərdi.
Oyun başladı.



"Turan" - "Bakı" 0:2
Tovuz şəhər stadionu
Hakimlər:
Elçin Məmmədov, Aydın Ələkbərov, Elşən Durmuşov, Elvin Əsgərov
QOLLAR: Fernando Peres (38), Vilyam Roşa Batista (43)

"Bakı" liderliyini davam etdirir.
Oyun başa çatdı.
86.
Nadir Nəbiyevin zərbəsi dirəyin yanından keçdi.
80. "Turan"ın bombardiri İbekoyi meydanı tərk edir. Onu Azər Məmmədov əvəzləyir.  
71. "Bakı"da Fernando Peresin əvəzinə meydana Mahmud Qurbanov daxil olur.
67. "Turan" hesab arasındakı fərqi azaltmağa çox yaxın idi. Lakin Nadir Nəbiyev penaltini qaçırdı. Top dirəyə dəydi.
60. Adamiyanı Ticani əvəzləyir.
56. Peresin zərbəsi qapıdan aralı keçdi.
51. Adamiyanın uzaqdan zərbəsi təhlükəli alındı.
46. "Bakı"da Mucirini Saşa Yunusoğlu əvəzlədi.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
İkinci qoldan sonra Tovuzlu azarkeşlər stadionu tərk etməyə başlayıblar.  
45. İbekoyinin zərbəsini Sissoko tuta bildi.
43. QOLL. Batista "Bakı"nı çempionluğa bir qədər də yaxınlaşdırır.
38. QOLLL. Fernando Peres hesabı açdı.  
34. Xəyal Qarayin təhlükəli zərbəsini Savinov son anda boş qapıdan çıxardı. 
26. İbekoyinin zərbəsi qapıdan aralı keçir.
20. Batistanın zərbəsi qapıdan aralı keçdi.
13. Amiran Mucirinin cərimə zərbəsini "Turan"ın qapıçısı tuta bildi.
5. Meydan sahiblərindən Xəyal Qarayevin cinah keçidi və asması təhlükəli alınsa da, "Bakı"nın müdafiəçiləri səhvsiz oynayırlar.
3. İlk dəqiqələrdən "Bakı" hücum atılıb. Bu da gözləniləndir. Çünki "zolaqlılar" çempionluğa bir qədər də yaxınlaşmaq üçün bu matçdan mütləq 3 xalla ayrılmalıdırlar.
Oyun başladı.
                                             ***
Komandaların heyətləri artıq məlumdur:
"Turan":
1.Davud Kərimi, 2.Hüseyin İsgəndərov, 3.Ruslan Abbasov, 4.Ruslan Namazov, 6.Natiq Kərimi, 7.Kamal Ələkbərov, 11.Əfran İsmayılov, 14.Bayram Kərimov, 17.Xəyal Qarayev, 19.Viktor İbekoi, 21.Asəf Qədiri
E
htiyat oyunçular:
12.Anar Nəzirov, 5.Yasin Yaqubzadə, 6.RuslanHüseynov, 10.Nadir Nəbiyev, 9.Cavid Tağıyev, 15.Azər Məmmədov, 16.Zaur Əsədov
Baş məşqçi:
Rasim Əliyev
"Bakı":
23.Xalidu Sissoko, 3.Rafael Əmirbəyov, 4.Vadim Borets,
8.Ernad Skuliç, 10.Amiran Muciri, 12.Fernando Peres, 15.Cəmşid Məhərrəmov, 20.Fabio Luis Ramim, 30.Vilyam Roşa Batista, 32.Aleksey Savinov, 55.Georgi Adamiya

Ehtiyat oyunçular:
1.Marko Şarliya, 5.Stanislav Baçev, 7.Mahmud Qurbanov, 11.Dragan Naçevski, 19.Əhməd Ticani, 21.Aleksandar Tomaş, 33.Saşa Yunisoğlu
Baş məşqçi: Coko Haciyevski




"Neftçi" - "Bakılı" 3:0 
T.Bəhramov adına Respublika Stadionu
Hakimlər:
Rövşən Əhmədov, Emin İsgəndərov, Rauf Məmmədov, Ramil Diniyev
QOL: Marian Aliuta (4), Adrian Nyaqa (45+1, 60)


Oyun başa çatdı.
80.
"Bakılı"dan Abdulkadir Özün zərbəsi qeyri-dəqiqliyi ilə yadda qaldı.

67. Kruqlovun zərbəsi təhlükəli alınsa da, top çərçivəyə düşmür.  
60. QOLL. Nyaqa 3:0.  
52.
Atemin daha bir zərbəsi təhlükəli alındı.  
47. Rail Məlikovun başla zərbəsi qapının üstündən keçdi.

İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
45+1. QOLL.
Nyaqa axır ki istəyinə çatdı.
42. Nyaqanın zərbəsi qapıdan aralı keçdi.
38. Kruqlovun daha bir zərbəsi təhlükəli alındı.
32. Oyunda üstünlük tamamilə "Neftçi"nin tərəfindədir.
20. Kruqlovun zərbəsi qeyri-dəqiq alındı.  
13. Atem qeyri-dəqiq oynadı.
8. Ruslan Abışovun zərbəsi təhlükəli alındı.
4. QOLL. "Neftçi" ilk dəqiqələrdə hesabı açdı. Marian Aliuta XXV turun ilk qolunu vurdu.  
Oyun başladı.





"Qarabağ" - "Xəzər-Lənkəran" 1:0 (İkinci hissə)
Quzanlı qəsəbəsi Olimpiya İdman Kompleksinin stadionu
Hakimlər: 
Fariz Yusifov, Elman Musayev, Vaqif Musayev, Əfqan Həmzəyev
QOL: Artim Şakiri (86)


90. Fariz Yusifov oyunun sonuna 3 dəqiqə əlavə etdi.  
86. QOLLL. Şakiri hesabı açdı.
81. Kramarenko hakimə narazılıq etdiyi üçün sarı vərəqəylə cəzalanır.
78. "Qarabağ"ın heyətində sonuncu oyunçu dəyişikliyi baş verdi. Aslan Kərimovu Artim Şakiri əvəzləyir.
75. Rəşad Abdullayevin zərbəsi dəqiq olmadı.
70. "Xəzər-Lənkəran"da daha bir əvəzetmə. Ramulo Silvanonu Rəşad Abdullayev əvəzləyir.
69. Fərhad Vəliyev zədələndiyindən Sahil Kərimov onu əvəzləyir.
65. Souzanı Ceyhun Sultanov əvəzləyir.
64. Souza topa topxuna bilsəydi, hesabı açacaqdı.
63. ""Qarabağ" hesabı aça bilərdi. Lakin top qapı dirəyinə dəydi.  
62. Zaur Ramazanov əlverişli imkanı əldən verdi.
61. Devran Ayhan sarı vərəqylə cəzalanır.
52. Aftandil Hacıyev oyunda ilk sarı vərəqəni aldı.
49. Zaur Ramazanovun zərbəsi təhlükəli alındı.
47. "Xəzər-Lənkəran"dan Rahid Əmirquliyevin zərbəsi "Qarabağ"ın müdafiəçilərindən birinə dəyərək, geri qayıdır.
46. "Qarabağ" ikinci hissəyə əvəzetmə ilə başladı. Sedat Sainini Rəşad Sadiqov əvəzlədi.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
43. Svetkovun cərimə zərbəsi təhlükəli alınsa da, Fərhad Vəliyev topu qaytara bildi.  
30. Sedat Saini Zaur Ramazanovun təhlükəli ötürməsinə toxuna bilmədi.
24. Vaqif Cavadovun cərimə zərbəsi təhlükəli alındı.
15. Bu dəqiqələrdə "Xəzər-Lənkəran" rəqibinə nisbətən fəaldır.
11. "Xəzər-Lənkəran"dan Todorovun cərimə zərbəsindən vurduğu qüvvətli zərbə qapının üstündən keçdi.
9. Zaur Ramazanovun cərimə zərbəsini Kramarenko çətinliklə tutdu.
7. Emin İmaməliyev qapıçı ilə təkbətək çıxmaq şansını əldən verdi.
Oyun başladı.



11 may, bazar ertəsi
17:00 MOİK - "Olimpik"

"Şəfa" stadionu

17:00 "Muğan" - "Standard"
Salyan şəhər stadionu

20:00 "Simurq" - "Qəbələ"
Zaqatala şəhər "Simurq" stadionu


TURNIR CƏDVƏLİ   

KOMANDALAR O Q H  M  T-F  Xal
1. "Bakı" 25 19 2 4 50-13 59
2. "İnter" 25 17 7 1 49-15 58
3. "Simurq" 25 16 5 4 38-17 53
4. "Qarabağ" 25 15 6 5 35-22 48
5. "Xəzər-Lənkəran" 25 14 5 7 46-20 47
6. "Olimpik" 25 12 7 6 32-18 43
7. "Standard" 25 11 3 11 28-30 36
8. "Neftçi" 25 9 8 8 30-20 35
9. "Karvan" 25 10 3 12 28-33 33
10. "Qəbələ" 25 9 6 10 28-20 33
11."Turan" 25 4 5 16 18-43 17
12. "Muğan" 25 4 2 19 19-49 14
13. "Bakılı" 25 3 3 19 13-58 12
14. MOİK 25 1 2 22 11-62 5

 

Daha çox


Son xəbərlər
14.10.19  20:47

PSJ-də Neymar şoku

14.10.19  14:01

Fiasko...

13.10.19  21:28

Almeyda zədələndi