Rövşən Bayramov qızıl medal qazana bilməməsinin səbəbini açıqladı

Rövşən Bayramov qızıl medal qazana bilməməsinin səbəbini açıqladı
GÜNDƏM 6 Avqust 2012 / 16:02 4330
-  A +

"Çox təəssüf ki, finalda məğlub oldum. Qələbə üçün alışıb-yanırdım".

Qol.Az-ın olimpiya.az saytının Londona ezam olunmuş xüsusi müxbirinə istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycanın yunan-Roma güləşi üzrə yığmasının üzvü Rövşən Bayramov deyib.

Dünən London Yay Olimpiya Oyunlarında gümüş medala sahib çıxan idmançımız həlledici görüşdə uduzduğuna görə, təəssüfünü gizlətməyib: "Amma nəzərə alın ki, rəqibim çox güclü idmançı idi. Həm Pekində, həm də Londonda gümüş medal qazandım. Çox istərdim ki, qızıl medala sahib olub. Ancaq bu dəfə alınmadı".

Xatırladaq ki, Rövşən Bayramov London olimpiadasının finalına vəsiqə qazansa da, həlledici görüşdə İran idmançısı Həmid Soryana məğlub olub.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi