Löv: "Almaniya - İtaliya matçının favoriti yoxdu"

Löv: "Almaniya - İtaliya matçının favoriti yoxdu"
GÜNDƏM 28 İyun 2012 / 00:01 2033
-  A +

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv iddialı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, "Avro-2012"nin yarımfinalında İtaliya ilə qarşılaşacaq Löv bu oyunda favoritin olmadığını bildirib.

"Welt Online" müsahibə verən almaniyalı mütəxəssis artıq İtaliyanı məğlub etməyin vaxtının gəlib çatdığını vurğulayıb: "Uzun müddətdir ki, İtaliyanı məğlub edə bilmirik. Ancaq artıq dövr dəyişib. Düşünürəm ki, onları məğlub etməyin vaxtı gəlib çatıb.

2011-ci ildə İtaliya ilə yoldaşlıq görüşündə 1:1 hesablı bərabərə qalmışdıq. Həmin oyunda yeni İtaliya millisi ilə tanış olmuşdum. Çezare Prandellinin rəhbərliyi altında İtaliya tam fərqli oyun nümayiş etdirir. Artıq daha aqressiv və hücumameyilli oynayırlar. Lakin biz İtaliyaya qarşı da öz oyunumuzu oynayacağıq. Məncə, bu matçın favoriti yoxdur".

Qeyd edək ki, Almaniya - İtaliya matçı bu axşam Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi