Yaşar Seyidov: “Mənə verilən cəza haqlıdır”

Yaşar Seyidov: “Mənə verilən cəza haqlıdır”
ÖLKƏ FUTBOLU 22 May 2012 / 17:05 2082
-  A +

“Epizodların birində Nenad Kovaçeviç  yerdə qaldı. Həmin an özümdən aslı olmayaraq, meydançaya daxil oldum və hadisə yerinə qaçdım. Çünki bir anlıq İtaliya çempionatının son turunda yaşanan hadisə göz önümə gəldi. Orada da futbolçu bu vəziyyətdə yerdə uzanmışdı. Kovaçeviçin ayağa qalxıb yenidən huşunu itirərək yerə yıxılması məni, xüsusilə qorxutdu”.

Bu sözləri Qol.Az-a açıqlamasında “Neftçi” ilə kubokun finalında qaydaları pozaraq, meydançaya daxil olduğu üçün AFFA İntizam Komitəsi tərəfindən cəzalanan “Bakı”nın icraçı direktoru Yaşar Seyidov deyib. Seyidov ona verilən cəzanı da haqlı sayır: “Mənə verilən cəza haqlıdır və həqiqəti əks etdirir. Çünki ixtiyarım olmaya-olmaya meydançaya daxil olmuşdum. Ancaq dediyim kimi, bu, məndən aslı olmadı”.

Klub rəsmisi hazırda futbolçunun səhhətinin qaydasında olduğunu bildirdi: “Nenadın durumu artıq qaydasındadır. Ancaq epizod anında ona yaxınlaşanda çox qorxmuşdum. Çünki rəngi saralmışdı. Səhv etmirəmsə, tribunadan atılan yad cism onun başına dəymişdi”.
 
Qeyd edək ki, Seyidov AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında qəbul edilən qərara görə, “Neftçi”- “Bakı” matçının 82-ci dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzaya, klubu isə 1000 manat cəriməyə məruz qalıb.

Daha çox


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə