"Bakı" lider oldu

"Bakı" lider oldu
PREMYER LİQA 1 Mart 2009 / 20:20 6986
-  A +

Bu gün saat 14.00-dan etibarən Qol.Az saytı Premyer-Liqanın 16-cı turunun ikinci oyun gününün matçlarından canlı reportaj yayımladı.

1 mart, bazar

"MUĞAN" - "TURAN" - 2:1
Şəfa stadionu
Hakimlər: Quliyev Babək, Əliyev İsgəndər, Babayev Həsən, Ağayev Hacıəli
Qollar: Cavid Rəhimov (28), Vladimir Tsaranu (59) - Vüsal Hüseynov (21),

Oyun başa çatdı.
77.
"Turan" hücumlarını davam etdirir. İbokeyi hesabı bərabərləşdirə bilərdi. Lakin hücumçunun zərbəsi qeyri-dəqiq alındı.
70. "Turan" hesabı bərabərləşdirməyə çalışır. Lakin "Muğan"ın arxa xətti hələ ki, səhvsiz oynayır.
59. QOL. "Muğan" 2:1 irəlidədir. Vladimir Tsaranu fərqləndi.
53. İkinci hissəyə "Turan" daha fəal başlayıb. Nadir Nəbiyev fərqlənməyə yaxın olsa da, top qapıdan aralı keçdi.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı
28. QOL.
"Muğan" hesabı bərabərləşdirdi. Cavid Rəhimov fərqləndi.  
21. QOL. "Turan" 1:0 irəli çıxdı. Vüsal Hüseynov "Muğan"ın qapısına yol tapdı. 
16. "Turan" hesabı açmağa yaxın idi. Lakin İbekoyinin zərbəsi qeyri-dəqiq alındı.
15. Oyunun tempi çox aşağıdır. Komandalar xeyli sayda top itkisinə yol verirlər.  
7. Oyuna ilk dəqiqələrdən qonaqlar daha fəal başlayıblar. 
Oyun başladı.


"NEFTÇİ" - "QƏBƏLƏ" - 0:0
T.Bəhramov adına respublika stadionu
Hakimlər: Həmzəyev Əfqan, Hüseynov Azad.Ə, Vasilyev Roman, Diniyev Ramil

Oyun başa çatdı.
90. "Qəbələ"nin heyətində sonuncu oyunçu dəyişikliyi. Samir Zərgərovu Mətləb Məmmədov əvəzlədi.
82. Anatoli Ostapın zərbəsi təhlükəli alınsa da, "Neftçi"nin qapıçısı Miçoviç yenə də səhvsiz oynayır.
79. "Neftçi"nin baş məşqçisi Gede son oyunçu dəyişikliyindən də istifadə edir. Marian Aliutanı Ali Cansun əvəzləyir.
74. "Qəbələ"nin heyətində ardıcıl 2 oyunçu dəyişikliyi baş verdi. Tornike Apitsiaurini Anar Qasımov, Andrey Komlyenovu isə Fərzad Hatəmi əvəzlədi.  
70. Adrian Nyaqa "Neftçi"ni hesabda önə keçirməyə yaxın idi. Lakin "Qəbələ"nin qapıçısı bu epizodda da s\əhvsiz oynayır.
67. "Neftçi"nin heyətində daha bir dəyişiklik. Uzun fasilədən sonra Zaur Tağızadə meydana çıxır. Zaur Joze Karlosu əvəzləyir.  
64. "Qəbələ" daha bir qol şansını qaçırdı. Yenə də Tornike Apitsiauri fərqlənə bilmədi.   
60. "Neftçi"nin heyətində ilk oyunçu dəyişikliyi baş verdi. Nazar Bayramovu Svyatoslav Stefanov əvəzlədi.
57. "Qəbələ"nin heyətində Ostap sarı vərəqə ilə cəzalandırılır.
54. "Neftçi" hesabı açmağa yaxın idi. Lakin Aliutanın zərbəsində azca dəqiqlik çatmır.
50. Miçoviç "Neftçi"ni qoldan xilas edir. Serb qapıçı Viktor Komlyenovun zərbəsini son anda çıxara bildi.
46. "Qəbələ" ikinci hissəyə qolla başlaya bilərdi. Lakin qapıçı ilə təkbətəkdən yararlana bilmir.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
42.
"Neftçi" daha bir şansı boşa verdi. Künc zərbəsindən ötürülən topu Rail Məlikov başla qapıya göndərsə də, top qapının üstündən keçdi.
38. "Neftçi" hesabı açmağa çox yaxın idi. Lakin Atem yaxın məsafədən topu qapının üstündən vurdu.  
28. "Qəbələ" hesabı aça bilərdi. Lakin Mikayıl Namazovun cərimə zərbəsindən vurduğu top qapının üstündən keçdi.
27. Elmar Baxşıyev oyunda ilk sarı vərəqəni alır.  
18. Elmar Baxşıyevin təhlükəli zərbəsini "Qəbələ"nin qapıçı tutdu.
11. "Neftçi"dən Dmitri Kruqlov cərimə zərbəsindən qapıya qüvvətli zərbə endirsə də, top qapının üstündən keçdi.
8. "Neftçi" ilk dəqiqələrdən daha fəal görünür. "Qəbələ" isə müdafiəyə çəkilərək, rəqibi əks hücumda yaxalamaq istəyir.
  
Oyun başladı.

                                          ***
Uzun müddətdir zədədən əziyyət çəkən "Neftçi"nin üzvü Zaur Tağızadənin adı ehtiyat oyunçular siyahısında yer alıb.


"XƏZƏR-LƏNKƏRAN" - "BAKILI" - 5:0
Lənkəran şəhər stadionu
Hakimlər: Haşımov Ceyhun, Əmrahov Səbuhi, Hacıyev Samir, Əsgərov Elvin
Qollar: Denis Silva (26), Ramulo Silvano (52, 88), İvan Svetkov (67), Ahmet Dursun (77)

Oyun başa çatdı.
88. QOL. 5:0. Ramulo Silvano beşinci qolu "Bakılı"nın qapısından keçirdi.
80. "Bakılı"nın heyətində daha bir əvəzetmə. Qərib İbrahimovu Siyavuş Quliyev əvəzlədi.
77. QOL. 4:0. Ahmet Dursun "Xəzər-Lənkəran"da qol hesabını açdı.
74. "Xəzər-Lənkəran"ın heyətində Emin Quliyev sarı vərəqə ilə cəzalandırılır.
71. "Xəzər-Lənkəran"ın baş məşqçisi İqor Ponomaryov sonuncu dəyişikliyi edir. Dieqo Souzanın əvəzinə Ahmet Dursun meydana daxil oldu.  
67. QOL. "Xəzər-Lənkəran" üçüncü qolu vurdu. Svetkov cərimə zərbəsindən baxımlı qola imza atdı. 
65. "Bakılı"da Elşən Qəmbərovu Saşa Vuçinoviç əvəzləyir.
64. "Xəzər-Lənkəran"ın heyətində ardıcıl iki dəyişiklik edildi. Rahid Əmirquliyevin əvəzinə meydana Mario Souza, Juninyonun yerinə isə Ceyhun Sultanov meydana daxil edildi.
60. İkinci qoldan sonra oyunun tempi bir qədər aşağı düşüb.  
52. QOL. 2:0. Ramulo Silvano ikinci topu "Bakılı"nın qapısından keçirdi.
51. İkinci hissəyə fəal başlayan "Bakılı" hesabı bərabərləşdirməyə çox yaxın idi. Lakin Elşən Qəmbərov əlverişli imkanı əldən qaçırır.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
40.
Meydan sahibləri hesab arasındakı fərqi artıra bilərdilər. Lakin Ramulo Silvanonun zərbəsi qapıdan bir qədər aralı keçdi.   
35. Qoldan sonra "Xəzər-Lənkəran" bir qədər sakitləşib. "Bakılı" isə təhlükəli hücum qurmaqda çətinlk çəkir.
26. QOLL. 1:0. "Xəzər-Lənkəran" irəlidədir. Denis Silva künc zərbəsindın ötürülən topu başla tora qovuşdurdu.
23. "Bakılı" hesabı açmağa yaxın idi. Son anda Konstandin Cambazov Elşən Qəmbərova mane olur.
19. Rahid Əmirquliyev qurulmuş gözəl hücumu tamamlaya bilmədi.
16. "Xəzər-Lənkəran"ın kapitanı Emin Quliyevin zərbəsi qeyri-dəqiq alınır. Bu oyun ərzində qapıya vurulan ilk zərbə idi.
13. "Bakılı" oyunu bərabərləşdirə bilib. "Xəzər-Lənkəran" hücum qurmaqda çətinlik çəkir.
5. Meydan sahibləri ilk dəqiqələrdən hücuma atılıblar.
Oyun başladı
                                               ***
"Xəzər-Lənkəran"ın heyətində ötən oyunla müqayisədə yalnız bir dəyişiklik var. Ruslan Poladov start heyətində yer alıb. Ahmet Dursun yenə də ehtiyat oyunçular sırasındadır.   
                                                ***
Lənkəranda oyuna maraq elə də böyük deyil. Stadionda cəmi 2 min tamaşaçı var.


MOİK - "SİMURQ" - 2:4
Şəfa stadionu
Hakimlər: Əliyev Vüsal, Haşımov Mübariz, Musatkin Aleksandr, Salmanov Anar
Qollar: İsmayıl Məmmədov (41), Fuad Əliyev (72) - Elşən Məmmədov (15,60) Sergey Artyux (50), Vladimir Mazyar (84)

Oyun başa çatdı.
84. QOL. 4:2. Sokolovun ötürməsini Mazyar başla qapıdan keçirdi.
79. "Simurq" dördüncü topu vurmağa yaxın idi. Vladimir Mazyarın başla endirdiyi zərbə qapının üstündən keçdi.
77. "Simurq"un heyətində oyunçu dəyişikliyi baş verdi. Qriqor Dolidzeni Fizuli Məmmədov əvəzlədi.
72. QOL. 2:3. MOİK hesab arasındakı fərqi minnimuma endirdi. Meydana yenicə daxil olan Fuad Əliyev fərqləndi.  
63. MOİK-in heyətində əvəzetmə. Ramin Tanrıverdiyevi Fuad Əliyev əvəzlədi.
60. QOL. Elşən Məmmədov özünün ikinci komandasının, üçüncü qolunu vurdu. "Simurq" artıq 3:1 irəlidədir.
54. MOİK-in heyətində Nodar Məmmədov sarı vərəqə ilə cəzalandırılıb.
50. QOLL. "Simurq" yenidən irəli keçdi. Sergey Artyux fərqləndi. 
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
41. QOL. 1:1.
İsmayıl Məmmədov cərimə zərbəsindən hesabı bərabərləşdirdi.
40. "Simurq" meydanda 10 nəfər qaldı. Aleksandr Çertoqanov ikinci sarı, eyni zamanda qırmızı vvərəqə alaraq, meydanı vaxtında əvvəl tərk edir.
34. Oyunun tempi yenidən aşağı düşüb. Mübarizə əsasən meydanın mərkəzində gedir.
27. "Simurq"un heyətində ən fəallardan biri olan Sergey Artyuxun zərbəsi qeyri-dəqiq alınır.
24. "Simurq"un heyətində daha bir futbolçu - Mixaylo Starastyak sarı vərəqə ilə cəzalandırılır.
22. "Simurq"un heyətində Aleksandr Çertoqanov sarı vərəqə alır.
15. QOL. "Simurq" hesabı açdı. Dolidzenin zərbəsini qapıçı qaytarsa da, topa özünü hamıdan birinci çatdıran Elşən Məmmədov "Simurq" önə keçirdi.  
12. Oyunun tempi çox aşağıdır. Komandalar çox sönük görünürlər.
6. Oyuna "Simurq" fəal başlayıb. İlk dəqiqələrdən Zaqatala təmsilçisi rəqibi qapısına doğru sıxışdırıb.
Oyun başladı.


28 fevral, şənbə

"İNTER" - "BAKI" 0:1
Şəfa stadionu
Hakimlər: Qədiyev Zöhrab, Abdullayev Munis, Ələkbərov Aydın, Yusifov Fariz
Qol: Fernando Peres (25)

"KARVAN" - "OLİMPİK" 0:1
Yevlax şəhər stadionu.
Hakimlər: Sultani İmanxan, Əliyev İlham, Nağıbəyov Eldar, Əhmədov Rövşən
Qol: Leandro Qomeş (23)

"QARABAĞ" - "STANDART" 0:1
T.İsmayılov adına Suraxanı qəsəbə stadionu
Hakimlər: Niyazov Anar, Mahmudov Mehman, Musayev Vaqif, Cabbarov Rauf
Qol: Fərid Quliyev (87)


 

TURNIR CƏDVƏLİ 

KOMANDALAR O Q H  M  T-F  Xal
1. "Bakı" 16 12 2 2 37-6 38
2. "İnter" 16 11 4 1 31-9 37
3. "Simurq" 16 11 4 1 25-10 37
4. "Xəzər-Lənkəran" 16 10 3 3 30-12 33
5. "Qarabağ" 16 9 3 4 23-16 30
6. "Olimpik" 16 8 4 4 18-12 28
7. "Karvan" 16 8 8 6 20-14 26
8. "Standard" 16 7 2 7 14-17 23
9. "Qəbələ" 16 5 4 7 19-14 19
10. "Neftçi" 16 4 5 7 13-13 17
11."Bakılı" 16 2 3 11 11-39 9
12. "Muğan" 16 2 2 12 11-31 8
13. MOİK 16 1 2 11 8-35 5
14. "Turan" 16 0 4 12 4-33 4

 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı