DÇ-2026 matçından sonra atışma: Dörd nəfər yaralandı

DÇ-2026 matçından sonra atışma: Dörd nəfər yaralandı
XƏBƏR 27 İyun 2026 / 14:30 3301
-  A +

DÇ-2026 çərçivəsində keçirilən Norveç - Fransa matçından sonra silahlı insident baş verib.

QOL.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.

İnsident nəticəsində dörd nəfər güllə yarası alıb.

Massaçusets Polis Departamentinin açıqlamasında deyilir: “Cümə günü gecə yarısından az əvvəl atışma ilə bağlı bir neçə müraciət daxil olub. Polis əməkdaşları Meyn-strit və Park-stritin kəsişməsinə gəldikdə, azı 4 nəfərin güllə yarası aldığını müəyyən ediblər”.

Yaralananların hamısı xəstəxanaya çatdırılıb. Onların vəziyyəti barədə hələlik məlumat verilməyib. Hadisə ilə bağlı saxlanılanların olmadığı da bildirilib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner