Türkiyə millisi Bakıya bu gün gəlir

Türkiyə millisi Bakıya bu gün gəlir
ÖLKƏ FUTBOLU 9 Oktyabr 2010 / 15:27 2249
-  A +

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Bakıda yığmamızın qonağı olacaq Türkiyə yığması ölkəmizə bu gün təşrif buyuracaq. Qol.Az-ın məlumatına görə, Quus Hiddinkin çalışdırdığı qardaş ölkə millisi Bakıya bu gün saat 18:35-də gələcək. “Ay-ulduzlular”ın “Həyat Park” otelində məskunlaşacağını da vurğulayaq.
Qeyd edək ki, Azərbaycan – Türkiyə matçı oktyabrın 12-də, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Daha çox


Son xəbərlər