"İki fərqli hissə oldu. Birinci yarıda biz daha yaxşı oynadıq. Fasilədən sonra matça pis başladıq. Qırmızı vərəqədən sonra geri çəkilməyə məcbur olduq".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 2-ci turunun "Qəbələ" ilə ev oyunundan (3:0) sonra keçirilən mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis bildirib ki, bu tip oyunlar çox olacaq: "Narahatlıq yoxdur. Gələcək oyunlarda da meydanda azlıqda qaldıqdan sonra eyni taktikanı seçə bilərik".
İspaniyalı baş məşqçi hücumçular Ramil Şeydayevlə Xulio Sezar Rodrigesin oyunundan razı qaldığını söyləyib.
V.Qomes Azərbaycan çempionatı barədə də fikirlərini bölüşüb: "Dünənki matçlar sübut etdi ki, çempionat asan deyil. Qarşıda hamını ağır oyunlar gözləyir. Mən hesaba baxmıram. Əsas istəyim yaxşı oyundur. Bu gün komandam yaxşı təsir bağışladı. Biz aqressiv oyuna üstünlük veririk. Amma bəzən rəqiblər buna imkan vermir.
Liqa çox uzundur. Çatışmazlıqlar olacaq. İndi gördüyümüz komandalar 1 aydan sonra fərqli çıxış edə bilərlər. Biz öz oyun tərzimizi yaratmaq istəyirik. Bundan sonra avrokuboklar uğrunda mübarizə aparacağıq".
Baş məşqçi Şeydayevin "Sabah"da istəksiz oynaması fikri ilə razılaşmayıb: "Bu suala cavab verə bilmərəm, çünki razı deyil. Yanaşma fərqlidir".
Qomes icarə əsasında "Qəbələ"də çıxış edən "Sabah"ın müdafiəçisi İdris İnqilablının oyununu bəyəndiyini vurğulayıb: "Onu təbrik etdim. Dedim ki, belə də davam et, gözümüz üstündədir".
Mütəxəssis qırmızı vərəqədən sonra aqressiv olmasının səbəbini də açıqlayıb: "Belə lazım idi. Düşünürəm ki, bu yolla komandaya kömək etmiş oldum".(Report)
Juninyo bu kluba satılır
Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
"Sabah" Tovuzdan 3 xalla qayıtdı - Video
Neymarın “Santos”la müqaviləsi ertələndi
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Braziliya millisində Ançelotti dönəmi davam edəcək
“Şamaxı”nın qələbəsindən - Video
Premyer Liqanın ən sürətli qolunu vurdu
"Atletiko" doğma meydanda qələbə qazandı
“Bu səhvləri etməməli idik” - Kurban Berdiyev
"Şamaxı" "Zirə”yə, "Sabah" "Turan Tovuz"a qalib gəldi
Braziliyalı futbolçu karyerasını başa vurdu
Azərbaycan boksçusu dünya çempionu oldu
“Çelsi” bu dəfə niderlandlı futbolçunu hədəfə aldı
"Məğlubiyyətdən nəticə çıxaracağıq" - Rəşad Sadıqov
Zidan "Real"a qayıdacaq, ya yox?
"Turan Tovuz" - "Sabah": Heyətlər
Arda Gülerin bazar qiyməti 60 milyon avro artıb
"Şamaxı" - "Zirə": Heyətlər
“Qalatasaray” Rüdigeri transfer etmək istəyir
Luiş Kastronun yeni klubu açıqlandı
Rüstəm Əhmədzadə: “Dava olan tərəfə heç getmədim"
“Son illərin ən istedadlı oyunçusu sənsən, Nəriman!” - Video
İkardi “Milan”a keçə bilər
Ronaldo "Forsaj"a çəkiləcək
Rüfət Abdullazadənin komandası uduzdu
Superliqada 16-cı tur heç-heçə ilə start götürdü
Cəlal oynadı, komandası 1/4 finala yüksəldi
"Qarabağ"ın oyununun biletləri satışda
Oskar karyerasını başa vurur
Azərbaycan millisinin 4 boksçusu 1/4 finalda
Fransa klubunun yeni baş məşqçisi məlum oldu
Nərimanın atası danışdı