Hazırda Gürcüstanda «Simurq»la birgə təlim-məşq toplanışında olan komandanın prezidenti Zaur Məmmədov Qol.Az saytına müsahibə verib
- «Simurq»un Gürcüstanda keçdiyi təlim-məşq toplanışı sizi razı salırmı?
- Dünən komandamız Gürcüstan çempionatının iddialı klublarından hesab edilən «Sioni» klubu ilə yoldaşlıq matçı keçirdi. Oyundan sonra komandanın baş məşqçisi və futbolçularla görüşdüm. Ümumi götürdükdə klubumuzun təlim-məşqi qənaətbəxşdir. Başqa sözlə, hazırlıqdan razıyam.
- Baş məşqçi Roman Pokora ilə söhbətinizin mahiyyətində nə dayanırdı?
- İlk olaraq Pokora klubdakı son durum barədə məni məlumatlandırdı. Daha sonra isə hazırlıqdan danışdı. Roman Pokoranın dediklərindən başqa, «Sioni» ilə yoldaşlıq oyununu mən özüm də izlədim. Futbolçularımız çox əzimkar mübarizə aparırdılar. Fiziki hazırlıq, sürət əla səviyyədə idi.
- Komandanızın yaxşı oynadığını deyirsiniz. Amma nəticə heç də bunu göstərmir.
- Düzdür, oyun qolsuz bərabərliklə başa çatdı. Qol vurulmayıbsa, o demək deyil ki, oyun pis olub. O cür stadionda qol vurmaq olar? Vəziyyət o qədər pis idi ki, qorxurdum birdən futbolçularımızdan hansısa biri zədələnər.
- Belə çıxır ki, stadionun qazonu pis olduğu üçün komandanız qol vura bilməyib?
- Əlbəttə.
- Gürcüstanda başqa stadoin yox idi?
- Stadion var. Amma biz bilərəkdən belə stadionu seçmişdik. Bilirsiniz, Premyer Liqanın ikinci dövrəsinin ilk turunda səfərdə «Turan»”la görüşəcəyik. Tovuz stadionu da bərbad vəziyyətdədir. Elə «Sioni» ilə yoldaşlıq oyunu keçirdiyimiz stadion kimidir. Məhz bu səbəbdən belə bir meydançanı seçdik.
- Baş məşqçi Roman Pokora ilə görüşünüzdə çalışdırıcı «Simurq»un ikinci dövrəyə neçə faiz hazır olduğunu söylədi?
- Bu sualı məndə Roman Pokoraya ünvanladım. O, cavabında hələ hazırlığ sona çatmadığı üçün qərar verməyə çətinlik çəkdiyini dedi. Bunun üçün məndən vaxt istədi.
- Deyirsiniz ki, komandanın hazırlığı sizi razı salıb. Bu gedişlə Premyer Liqada hansı nəticəni əldə edə bilərsiniz?
- İnşallah, biz məqsədimizə çatacağıq. İstəyimiz Azərbaycanı avrokuboklarda təmsil etməkdir. Allahın köməkliyi ilə arzularımıza çatacağıq. Yəni «Simurq» mükafatçılar sırasına düşəcək. Bunun üçün əlimizdən gələni edəcəyik.
- Bizimlə söhbətinizdə Kay adlı Braziliyalı futbolçunu baxışdan keçirdiyinizi demişdiniz. Bununla bağlı nə deyə bilərsiniz?
- Kay zədəli olduğu üçün bizə lazım olmadı. Onu şəxsən özüm Gürcüstanda xəstəxanalardan birinə apardım. Həkimlər onun zədəsinin ciddi olduğunu vurğuladılar. Öz həkimlərimiz isə onunla anlaşmağı məsləhət bilmədilər. Bu səbəbdən də onu geri qaytardıq.
"Liverpul" Salahı itirdi
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev
“Qarabağ”ın lehinə penalti verilməli idimi? - Video
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
Mahir Emreli keçmiş komandasına qarşı oynadı
Hidayət Heydərov bürünc medal qazandı
Qəzaya görə Premyer Liqa matçı gec başladı
"Mançester Yunayted" hakimlərə qarşı şikayət hazırlayır
Eme Canla müqavilə uzadıldı
"Turan-Tovuz" - "Qəbələ": Heyətlər
"Mareskanın gedişi bizə zərbə oldu"
"Sabah"ın futbolçuları yığmalarda
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
Stadionu 999 illiyə icarəyə götürdülər
Yankoviç və Koxalski milliyə çağırıldılar
“Rauf Cabarov sağ olsun, nəticə yaxşıdır“ - Video
“Neftçi” ilə müqaviləni yeniləmək istəmədi” - Cenk Sümer
"Milan"Leaunu itirdi
Hidayət Heydərov mübarizəyə başlayır
Hakimi Afrika Kubokundan imtina etdi!
Bu fotoya görə millidən kənarlaşdırıldı
Renat Dadaşovun komandası lideri məğlub etdi
"Napoli" erkən qolla qalib gəldi - Video
“Azarkeşlərimizdən üzr istəyirəm” - Kaşkilya
"Neftçi"dən 6 qollu qələbə - Video
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə