UEFA-ya üzv olan ölkələrin milli komandalarının rekordçu kapitanların siyahısı müəyyənləşib.
Qol.az-ın apasport.az saytına istinadən yaydığı məlumata görə, cədvələ öz yığmasını ən azı 75 matça kapitan kimi çıxaran futbolçular yer alıb.
Avropada yalnız 12 oyunçu bunu bacarıb. Cədvələ Portuqaliya millisinin canlı əfsanəsi Kriştiano Ronaldo başçılıq edir. O, 108 dəfə kapitanlıq sarğısını taxıb. İspaniya yığmasının sabiq kapitanı İker Kasilyas da 100 səddini arxada qoya bilib.
Azərbaycan millisinin oyun və kapitanlıq sayındakı rekordçusu Rəşad Sadıqov da siyahıda yer alıb. Yığma karyerasını bitirən 38 yaşlı müdafiəçi 78 dəfə komandanın kapitanı olub. O, bu göstəricidə Avropanın 12-cisidir.
75 və daha çox qarşılaşmada kapitan olanlar arasında sonuncu sırada qərarlaşan Rəşad bunu bacarmayan onlarla əfsanəni geridə qoyub. Paolo Maldini, Robbi Kin, Yari Litmanen, Lotar Matteus, Frank de Bur, Georgi Hacı, Devid Bekhem, Dino Zoff kimi əfsanələr “14 nömrəmiz”in kapitanlıq sayına həsəd apara bilər.
2004-cü il oktyabrın 9-da Şimali İrlandiya ilə Bakıdakı matça (0:0) ilk dəfə kapitan kimi çıxan 22 yaşlı futbolçu 13 il bu statusa malik olub. O, 2017-ci il oktyabrın 5-də Çexiya ilə matçda kapitan kimi son dəfə meydana daxil olub. Əslində, yığmada 111 oyun keçirib 78 dəfə kapitan olan futbolçunun göstəriciləri daha yüksək ola bilərdi. Lakin 2006-07-ci illərdə yığmanın çalışdırıcısı Şahin Diniyev və müdafiəçi arasındakı anlaşılmazlıqlar üzündən Rəşad kənarda qalıb. O, 15 aya sığan 16 matçda komandaya çağırılmayıb.
75 və daha çox oyunda millinin kapitanı olan Avropa futbolçuları
1. Kriştianu Ronaldo (Portuqaliya) - 108
2. İker Kasilys (İspaniya) - 104
3. Torbyen Svenssen (Norveç) - 93
4. Byorn Nordkvist (İsveç) - 92
5-7. Bobbi Mur (İngiltərə) - 90
Billi Rayt (İngiltərə) - 90
Uqo Loris (Fransa) - 90
8-9. Vitali Astafyev (Latviya) - 86
Viktor Onopko (Rusiya) - 86
10. Canluici Buffon (İtaliya) - 80
11. Fabio Kannavaro (İtaliya) - 79
12. Rəşad Sadıqov (Azərbaycan) - 78
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb
"Qəbələ" - "Neftçi": Heyətlər
Tofiq Bəhramov stadionu təmir olunacaq
41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı
"3-4 şirkətlə aktiv danışıqlar gedir" - PFL rəsmisi
Azərbaycandan Surinam millisinə çağırıldı
Tomas Tuhel İngiltərə millisinin heyətini açıqladı
Azərbaycan kubokunun püşkü atıldı
"Sabah"ın futbolçusu 2 ildən sonra Polşa millisinə çağırıldı
Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə millisində karyerasını başa vurdu
"Liverpul"un gənc hücumçusu "Arsenal"a keçdi
Milliyə 30 futbolçu çağırıldı - Onlar kimlərdir?
Libertadores kubokunda yarımfinal cütləri müəyyənləşdi
Klopp millini necə dəyişir? – 44 futbolçu, 16 debütant
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
Azərbaycanda oynayan futbolçu millimizlə matça çağırıldı
Əfsanəvi futbolçu məşqçiliyə başlayır - Şəkillər
Avropa çempionatında 2 qələbə
Vinçentso İtaliano: "İlhan belə davam etsə..."
Lamin Yamal: “Qara” deyilməsi məni incitmir”
Hasan Şaş saxlanıldı
“Qartal” “Marsel”i belə “parçaladı” - Video
"Beşiktaş" və "Yuventus"dan qələbə - Avroliqa
"Mançester Siti" növbəti mərhələdə
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək