Azərbaycanlı hakimlər koronavirus testindən keçdi

Azərbaycanlı hakimlər koronavirus testindən keçdi
ÖLKƏ FUTBOLU 15 May 2020 / 15:47 980
-  A +

Bu gün AFFA-nın təşkilatçılığı ilə Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan hakimlər üçün koronavirus testi keçirilib.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, hakimlərdən qan analizi götürülüb və temperaturları yoxlanılıb. Hakimlərlə yanaşı, Hakimlər Komitəsinin əməkdaşlarından da test götürülüb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. 2019/2020 mövsümünün mayın sonu, ən geci iyunun əvvəli bərpası nəzərdə tutulub.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq