Fatih Terim evə buraxıldı

Fatih Terim evə buraxıldı
XƏBƏR 30 Mart 2020 / 15:33 1544
-  A +

"Qalatasaray"ın koronavirusa yoluxan baş məşqçisi Fatih Terim xəstəxanadan evə buraxılıb.

Qol.az “Fanatik”ə istinadən xəbər verir ki, bu barədə Terimin müalicə olunduğu xəstəxanadan açıqlama verilib. Bu gün qan analizi verən və tomoqrafiya edilən mütəxəssisin evdə 14 günlük karantində olacağı bildirilib.

Koronavirus xəstəliyi ilə bir müddətdir xəstəxanada olan "Qalatasaray"ın vitse-prezidentləri Yusuf Günay və Abdurrahim Albayrak haqda isə məlumat verilməyib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi