Qattuzo "Barselona" ilə oyun haqda - "Qorxmamalıyıq"

Qattuzo "Barselona" ilə oyun haqda - <b style="color:red"> "Qorxmamalıyıq"</b>
DÜNYA FUTBOLU 24 Fevral 2020 / 14:00 2736
-  A +

“Güclü komanda ilə qarşılaşacağıq. Bilirik ki, çətin olacaq. Ancaq mən və komandam fəxr edirik ki, son 15 ildə dünyanın ən güclüsü olan klublardan biri ilə qarşılaşacağıq”.

Qol.az xəbər verir ki, bu sözləri “Napoli”nin baş məşqçisi Cennaro Qattuzo Çempionlar Liqasının 1/8 finalında “Barselona” ilə keçiriləcək qarşılaşma haqda danışarkən deyib.

İtaliyalı mütəxəssis UEFA-nın saytına açıqlamasında rəqib haqda müsbət fikirlər səsləndirməklə yanaşı Kataloniya klubundan çəkinməməli olduqlarını da bildirib: “Qorxmamalıyıq, ancaq rəqibə hörmətlə yanaşmalı, öz futbolumuzu ləyiqli şəkildə  oynamalıyıq”.

Qeyd edək ki, fevralın 25-dən 26-na keçən gecə Neapolda keçiriləcək “Napoli” – “Barselona”  matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
 

Daha çox


Son xəbərlər
28.03.20  17:33

Bəhlul, Saşa, Təmkin