“Qarabağ”ın hücumçusu Musa Qurbanlı UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə cavab oyunundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
QOL.az xəbər verir ki, o, qələbə, komandanın son oyunlardakı çıxışı və Niderlandın “Tvente” klubu ilə keçiriləcək pley-off görüşləri barədə fikirlərini bölüşüb.
“Qalib gəldiyimizə görə çox sevinirik. İstəyirdik ki, bir qələbə qazanaq. Çünki son oyunlar bizim üçün gərgin alınmışdı. Qələbə qazana bilməmişdik. SSKA (Sofiya) ilə iki oyun 0:0 oldu, penaltilərdə məğlub olduq, sonra “Dinamo”ya da səfərdə uduzduq. Amma biz özümüzə yenə də inanırıq. Çünki çox olub ki, belə çətin anlarda xarakter göstərmişik. Düşünürdük ki, bu gün də bu xarakteri göstərib geri dönüş edə biləcəyik. Ona görə sevincliyik. İnşallah, növbəti mərhələlərdə də qələbə qazanıb əsas mərhələyə düşmək üçün oynayacağıq”.
Qurbanlı “Tvente” ilə keçiriləcək oyunlar barədə də danışıb:
“İki dəfə bu rəqiblə oynamışıq. Birində qalib gəlmişik, digərində uduzmuşuq. Qalib gəldiyimiz matçda “Qarabağ” həmin il qrupa düşməyi bacarmışdı. Bu dəfə də “Tvente”yə qalib gəlib əsas mərhələyə vəsiqə qazanmaq istəyirik. Məqsədimiz bu olacaq. İnşallah”.
Start heyətində yer almaması ilə bağlı suala isə futbolçu belə cavab verib:
“Əlbəttə, çox çalışıram və çalışacağam. Hər gün öz üzərimdə işləyirəm, inkişaf etməyə, öz oyunumun üstünə qoymağa səy göstərirəm. İnşallah, baş məşqçimiz şans verəcəyi təqdirdə maksimum özümü doğrultmağa çalışacağam, əlimdən gələni edəcəyəm. Özümə güvənirəm. İnşallah, düşünürəm ki, həm mənim üçün, həm də komandamız üçün yaxşı olacaq”.
M.Qurbanlı heyətdəki dəyişikliklərə də münasibət bildirib:
“Əlbəttə, istər-istəməz çox gedənlər və gələnlər oldu, bir qədər dəyişiklik oldu. Əvvəlcə bir az çətinliklər olar, amma düşünürəm ki, zamanla daha yaxşı olacaq”.
Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsində “Tvente” ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun avqustun 20-də, cavab görüşü isə avqustun 27-də keçiriləcək.
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada
"İmişli"dən "Şəfa"ya
"Liverpul" rekord transfer üzərində işləyir
Brozoviç rəsmən Qətər klubunda
"Qarabağ"ın məqsədi çempion olmaqdır” - Bense Varkonyi
Mendi milli karyerasını başa vurdu
"Barselona"nın 4 qollu qələbəsi - Video
"Qalatasaray"ın qələbəsi - Video
Toral "Bursaspor"da daha bir oyuna çıxdı
Renat Dadaşov Ukraynada debüt etdi
"Zirə" - "Qarabağ" matçından - Video
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"