“Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin köməkçisi Herman Burqos klubu tərk edə bilər.
Qol.az xəbər verir ki, Simeone keçirdiyi mətbuat konfransında deyib ki, Burqos gələcək karyerası ilə bağlı bəyanat verməyi düşünür: “Biz Hermanla 24 ildir tanışıq. Birgə işləyərkən nə etdiyimizi yaxşı bilirik. Məndən fərqli olaraq, o, komandada sakitlik yaradır”.
Simeone “sağ əli” hesab olunan Hermanın gələcəyi ilə bağlı məsələyə aydınlıq gətirməli olduğunu söyləyib: “Bilirəm ki, o, bunu edəcək”.
Qeyd edək ki, Dieqo Simeonenin cəzası səbəbindən “Atletiko”nu La Liqada “Vilyarreal”la dünənki matça (3:1) 50 yaşlı argetinalı mütəxəssis Herman çıxarıb.
Mirça Luçesku vəfat etdi
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı