Renat əsas komandada debütünü gözləyir

Renat əsas komandada debütünü gözləyir
ÖLKƏ FUTBOLU 19 Fevral 2020 / 10:50 3797
-  A +

Millimizin üzvü Renat Dadaşov sabah “Vulverhempton”un əsas komandasında debüt edə bilər.

Qol.az xəbər verir ki, Britaniya mətbuatı 20 yaşlı hücumçunun Avropa Liqasının 1/16 final mərhələsində "Espanyol"la qarşılaşmada meydana çıxacağını yazıb.

Komandanın baş məşqçisi Nunu Eşpiritu Santu Premyer Liqanın oyunlarına görə, əsas heyətin üzvlərinə istirahət verəcək. Bu səbəbdən də Renat Dadaşovun oyunun gedişində meydana buraxılacağı gözlənilir.

Qeyd edək ki, “Vulverhempton” U-23 komandasında çıxış edən Renat  ötən ay Portuqaliyanın “Pasuş de Ferreyra” klubundan icarədən qayıdıb. O, “Vulverhempton”da 6 oyuna 4 qol vurub. Gənc hücumçu "Liverpul"un da qapısına yol tapıb.
 

Daha çox


Son xəbərlər
02.06.20  16:19

Qattuzoya ağır itki

02.06.20  12:46

17 qollu oyun