Romada keçirilən Avropa çempionatında tarixi uğura imza atan yunan-Roma güləşi üzrə yığmamız bu gecə vətənə qayıdıb.
Qol.az xəbər verir ki, 2 qızıl, 4 bürünc medalla tarixinin ən məhsuldar qitə birinciliyini keçirən və komanda hesabında 2-ci yeri tutan millimizi hava limanında güləş federasiyasının rəhbər şəxsləri, məşqçilər, güləşçilər, yığma üzvlərinin yaxınları, azarkeşlər və media nümayəndələri qarşılayıb.
Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov komandanın çıxışını şərh edib: “Güləşçilərimizin çıxışından çox razıyam. Xüsusən də gənc Sənan Süleymanovla tanınmış güləşçimiz Rafiq Hüseynovu qeyd etmək istərdim. Bütün idman ictimaiyyətinə belə diqqətə görə federasiyamız adından minnətdarlığımı bildirirəm. Ölkə prezidenti İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban Əliyevaya təbriklərinə görə təşəkkür edirəm. Bu, hamımızı çox sevindirdi. Hesab edirəm ki, bu, idmançılarımızın qələbəsinə verilən ən yüksək qiymətdir. Güləşçiləri qarşıladığınıza və verdiyiniz dəstəyə görə hamınıza federasiyamızın rəhbəri Namiq Əliyev adından minnətdarlığımı bildirirəm.
Bundan sonra yığmamızı iki lisenziya turniri gözləyir. Bu yarışlara hazırlığımızı davam etdirəcəyik. Təbii ki, medalsız qalan güləşçilər səhvlərindən nəticə çıxaracaqlar. Çalışacağıq ki, Tokio Olimpiadasına nəzərdə tutulan lisenziyaları əldə edək”.
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər