AFFA-nın 32 namizədi arasında yerli məşqçi yoxdur - Açıqlama

AFFA-nın 32 namizədi arasında yerli məşqçi yoxdur -  Açıqlama
ÖLKƏ FUTBOLU 12 Fevral 2020 / 11:23 3358
-  A +

AFFA-nın milli komandamızın baş məşqçisi vəzifəsinə namizədləri arasında yerli məşqçi yoxdur.

Bu barədə Qol.az-a AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev məlumat verib.

Yığmamızın sabiq çalışdırıcısı bildirib ki, AFFA-nın onlara təqdim etdiyi siyahıdakı namizədlərin hamısı əcnəbidir: “Bu gün çoxları 32 namizəd arasında olan məşqçilərin adlarını yazır. Bəziləri yerli məşqçilərin adını çəkir. Ancaq mən sizə deyim ki, həmin 32 namizədin hamısı əcnəbidir. Orada yerli məqşçi yoxdur. Ola bilər ki, sabah bizə başqa bir təqdimat gəldi ki, xarici yox, yerli məşqçiləri seçirik. Biz də deyirik ki, namizədlər arasında yerlilər də olmalıdır. Ancaq seçilən yol budur. Biz sırf əldə olan siyahıdakılara qiymət veririk. Yenə də seçim İcraiyyə Komitəsinindir”.

Xatırladaq ki, AFFA-nın yanvarın 28-də keçirilən Konfransında yığmanın yeni baş məşqçisi vəzifəsinə 32 namizədin olduğu açıqlanmışdı.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı