"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 15-ci turunda "Neftçi" ilə oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az xəbər verir ki, əvvəlcə görüş barədə fikirlərini bildirib.
- Qış fasiləsindən sonra ilk oyun həmişə çətin olur. Futbolçuların əzmkarlığı bizi qane etdi. İstədiyimiz qolu vurduq. Rəqib də azlıqda idi. Amma fasilədən sonra gözlədiyimiz başımıza gəldi. Rəqib əks-hücumlarda oynadı. Biz isə ələ düşən imkanlardan istifadə edə bilmədik. Bu gün iki xal itirdik. Komandanın əzmkarlığı məni sevindirdi. Yoxlama oyunlarında gördüklərimizin davamı gəldi.
- “Qəbələ” ilə matçda da rəqib iki nəfər azlıqda mübarizə aparmışdı. Sanki buna uyğun planınız yoxdur...
- İkinci hissədə 4-5 qol epizodumuz var idi. Oyun qura bilməsək, o imkanları yarada bilməzdik. Rəqib azlıqda qalanda motivasiyası, döyüşkənliyi artır. “Neftçi”nin heyətində təcrübəli, usta futbolçular var. Bizdə sadəcə son nöqtəni qoymaq çatmadı.
- “Neftçi”nin qolunda oyundankənar vəziyyət var idimi?
- Bu, televiziyada oyunun icmalında yəqin ki, müzakirə ediləcək. Orda səhvlər deyiləcək.
- Komanda yaxşı qaçır, oynayır. Tempi qorumaq üçün ehtiyat oyunçular kifayətdir?
- Hər bir məşqçi istəyər ki, geniş heyəti olsun. Qarşıya ciddi məqsəd qoymuşuqsa, ehtiyat qüvvə çox olmalıdır. Gənc oyunçularımız var. Antalyada da gənclərə üstünlük verirdik. Qorxmuruq. Alınacaqsa, daha yaxşı olacaq. Alınmasa da, faciə olmayacaq və biz ölkə futbolu üçün bir neçə futbolçu qazanarıq.
- Millinin baş məşqçi postuna namizədlər sırasında olduğunuz deyilir...
- Birdən-birə soruşdunuz (gülür). Milli hamımız üçün şərəfdir. Bu gün məni ora namizəd sayırlarsa, qürurvericidir. Qısa zamanda o siyahıda yer almaq şərəfdir. Amma indi “Sumqayıt”dayam. Nə vaxt kömək lazım olsa, mən heç bir təmənna güdmədən milliyə kömək etməyə hazıram.
- Növbəti turda qarşılaşacağınız “Zirə” bu gün “Sabah”a 2 cavabsız qolla qalib gəldi. Sabiq komandanızla oyunda büdrəmək ehtimalınız nə qədərdir?
- “Zirə” ilə prinsipiallığımız yoxdur. Keçən il bunu başa vurduq (gülür). Zaur Həşimov yaxın dostumdur. Ona da uğurlar arzulayıram. Qışda lazımı mövqelərə oyunçular alıblar. Geniş heyətə malikdilər. Rəqibi analiz edəcəyik. Öz azarkeşlərimizin qarşısında çıxış edəcəyik. Vacib oyundur. Çalışacağıq ki, komandanı hazırlayaq.
Bizi Feysbukda da izləyin!
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi
"Şamaxı"nın qələbəsindən - Video
2-ci liqa: "Şirvan"dan böyükhesablı qələbə
Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik
"Kəpəz" - "Sumqayıt": Heyətlər
Matçdan öncəki məşq zamanı qorxulu qəza - Video
“Barselona”nın müdafiəçisi sıradan çıxdı
2-ci liqada 6 oyunun saatı məlum oldu
Luis Enrikedən PSJ ulduzları üçün şok qərar
Bellinqem “Real”la müqaviləsini uzadır