Poçettino qovula bilər

Poçettino qovula bilər
DÜNYA FUTBOLU 13 Noyabr 2019 / 16:08 4072
-  A +

“Tottenhem” rəhbərliyi komandanın baş məşqçisi Mauritsio Poçettinonun işindən narazıdır.

Qol.az “The Telegraph”a istinadən xəbər verir ki, Premyer Liqada ardıcıl beş oyundur qələbə qazana bilməyən London təmsilçisi noyabrın 23-də "Vest Hem"lə səfər oyununda da xal itirsə, argentinalı mütəxəssis istefaya göndəriləcək.

Hazırda turnir cədvəlində 14 xalla 14-cü pillədə qərarlaşan komanda Çempionlar Liqasına vəsiqə verən yerdən çox uzaqdadır.

Qeyd edək ki, Poçettino 2014-cü ildən “Tottenhem”i çalışdırır. Onun müqaviləsi ötən il yenilənib. Sözləşmədəki bəndə əsasən çalışdırıcı istefaya göndərilsə, klub ona 14 milyon avro təzminat ödəməlidir.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord