“Bavariya” Boatenqi iki oyunluq itirdi

“Bavariya” Boatenqi iki oyunluq itirdi
DÜNYA FUTBOLU 6 Noyabr 2019 / 12:17 1492
-  A +

“Bavariya” daha bir ciddi itki ilə üzləşib.

Qol.az xəbər verir ki, Münhen klubunun müdafiəçisi Jerom Boatenq Almaniya Futbol İttifaqı tərəfindən 2 oyunluq cəzalandırılıb.

Buna 30 yaşlı futbolçunun Bundesliqanın son turunda Frankfurt “Ayntraxt”ı ilə səfər oyununda birbaşa qırmızı vərəqə ilə meydandan qovulması səbəb olub.

Beləliklə, almaniyalı futbolçu Dortmund “Borussiya”sı (9 noyabr) və “Fortuna” (23 noyabr) ilə oyunları buraxmalı olacaq.

Bizi İnstaqramda da izləyin!

Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"