"Niyə də evdə sensasiya etməyək?" - Mahir Emreli

"Niyə də evdə sensasiya etməyək?" -  Mahir Emreli
ÖLKƏ FUTBOLU 8 Sentyabr 2019 / 21:00 6127
-  A +

“Bizi maraqlı oyun gözləyir. Rəqibin gücü bəllidir. Bu özü bizim üçün motivasiya olmalıdır. Xorvatiya kimi böyük komanda ilə qarşılaşacağıq. Həm də xalımız yoxdur. Sabah ən yaxşısını edib, xal qazanmağa çalışacağıq”.

Qol.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin hücumçusu Mahir Emreli Avro-2020-nin seçmə mərhələsində sabah Bakıda Xorvatiya ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
 
22 yaşlı futbolçu güclü rəqibdən xal almağın mümkün olduğunu bidirib: “Baş məşqçi söz verdi ki, sabah ən yaxşı oyunlarımızdan birini keçirəcəyik. İki gün əvvəl oyun keçirsək belə, Xorvatiyanın adının gəlməsi bizim üçün əlavə motivasiyadır. İlk görüşdə yaxşı mənada sensasiya edə bilərdik. Niyə də bunu evdə etməyək? Ümid edirəm ki, sabah ən yaxşı oyunlarımızdan birini keçirəcəyik. Qələbə qazananda hamı necə sevinirsə, uduzanda da tənqidlər başa düşüləndir. Xorvatiya və Uelslə oyunlarda bəxtimiz gətirmədi. Macarıstanla matçı da bura əlavə edə bilərəm. Erkən qollar buraxmağımız bizə pis təsir etdi. Yalnız Slovakiya ilə görüş istisnadır. Rəqibin yaxşı günü idi”.
 
Xatırladaq ki, sabah “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya matçı 20:00-da start götürəcək.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord