Penaltini qaytaran qapıçı sevinərkən vəfat etdi

Penaltini qaytaran qapıçı sevinərkən vəfat etdi
DÜNYA FUTBOLU 12 İyul 2019 / 11:48 7149
-  A +

Argentinada 17 yaşlı qapıçı Ramon İsmael Koronel oyun zamanı həyatını itirib.

Qol.az xəbər verir ki, yerli liqada çıxış edən "Union de Qolondrina"nın qolkiperi matçın gedişində sinəsiylə penalti dəf edib və  sevincini qeyd edərkən yerə yıxılıb. Yerdən qalxmayan gən futbolçunun ürək tutmasından vəfat etdiyi məlum olub. 

Futbolçunun atası Eduardo Karonel stadionda ambulans maşınının olmadığını bildirib: "Meydanda ambulansın olmaması biabırçılıqdır. Oğlumu xilas etmək mümkün idi".

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı