“Qəbələ”lilər məktəblilərlə görüşdü - Şəkillər

“Qəbələ”lilər məktəblilərlə görüşdü -  Şəkillər
ÖLKƏ FUTBOLU 1 Fevral 2019 / 15:50 1894
-  A +

Bu gün Qəbələ şəhər 1 saylı orta məktəbdə "Qəbələ"nin media və marketinq departamentinin rəhbəri Səməd Nəsibov, cüdo idman növü üzrə Qəbələ bölməsinin baş məşqçisi Rail İsmayılov, fəal azarkeş Nəriman Mahmudzadə, komandanın kapitanı Cavid Hüseynov və gənc futbolçu Amin Seydiyevin iştirakı ilə şagirdlərlə görüş keçirilib.

Qol.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, görüş zamanı çıxış edən Səməd Nəsibov, Rail İsmayılov və Cavid Hüseynov məktəbliləri komandamının yanında olmağa, onu dəstəkləməyə çağırıblar.

Ardınca şagirdlər arasında klub barədə suallardan təşkil olunmuş müsabiqə keçirilib. Müsabiqənin qaliblərinə Cavid Hüseynov və Amin Seydiyevin imzalı forması və digər hədiyyələr təqdim olunub.












Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı