"Firminoya futbol oynamaq üçün göz lazım deyil" - Mane

"Firminoya futbol oynamaq üçün göz lazım deyil" -  Mane
DÜNYA FUTBOLU 19 Sentyabr 2018 / 19:00 3978
-  A +

"Məncə, Firminoya futbol oynamaq üçün göz lazım deyil. Bunu özünə də dedim".

Qol.az-ın məlumatına görə, bu sözləri "Liverpul"un futbolçusu Sadio Mane "Sky Sports"a açıqlamasında deyib.

İngiltərə Premyer Liqasının son turunda gözündən zədə alan Firminonun görməsində problem olsa da,  Çempionlar Liqasının qrup mərhələsində ötən gün PSJ ilə matçda meydana çıxaraq qol vurmağı bacarıb. S.Mane  komanda yoldaşının bu əzmkarlığı barədə fikirlərini bildirib: "Mən bazar ertəsi ona mesay yazdım ki, sən bizə lazımsan. Siz ki, hamınız onun qol vurmağını gördünüz. O, qapıya tərəf baxmırdı. Ona görədə də düşünürəm ki, oynamaq üçün Firminoya göz lazım deyil".

Xatırladaq ki, "Liverpul" - PSJ oyunu 3:2 meydan sahiblərinin xeyrinə başa çatıb.



Son xəbərlər