Azərbaycan cüdoçularının sentyabrın 20-də Milli Gimnastika Arenasında start götürəcək dünya çempionatındakı ilk rəqibləri müəyyənləşib.
Qol.az-ın yarışın rəsmi feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, çempionatda Azərbaycandan 9 kişi və 4 qadın cüdoçusu mübarizə aparacaq. Onlardan 2-si 1/16 final, qalanları isə 1/32 final mərhələsindən mübarizəyə başlayacaq.
Qadınlar
48 kq
1/32 final. Aişə Qurbanlı - Amber Gersyes (Hollandiya)
52 kq
1/32 final. Buyankişiq Purevsuren - Çelsi Gilz (Böyük Britaniya)
57 kq
1/32 final. İçinxorlu Munxtsedev - Amelie Stoll (Almaniya)
+78 kq
1/16 final. İrina Kindzerska - Sandra Yablonskite (Litva)
Kişilər
60 kq
1/32 final. Orxan Səfərov - Amartuvşin Bayaraa (Monqolustan)
1/32 final. Kəramət Hüseynov - Joran Şildermans (Belçika)
66 kq
1/32 final. Nicat Şıxəlizadə - Məhəmməd Abdelmavqud (Misir) / Brayan Çiminya (Zimbabve)
73 kq
1/32 final. Rüstəm Orucov - Məhəmməd Mohyeldin (Misir)
1/32 final. Hidayət Heydərov - Sajjad Sehen (İraq)
90 kq
1/32 final. Məmmədəli Mehdiyev - Viktor Klyavusev (Belarus)
100 kq
1/32 final. Elmar Qasımov - Martin Paçek (İsveç)
1/32 final. Zelim Kotsoyev - Yoakim Dvarbi (İsveç)
+100 kq
1/16 final. Uşangi Kokauri - Vladislav Tsyarpitski (Belarus)
İlk yarış günündə Azərbaycan təmsilçilərindən Aişə Qurbanlı (48 kq), Orxan Səfərov və Kəramət Hüseynov (hər ikisi 60 kq) tatami üzərinə çıxacaq.
Qeyd edək ki, fərdi mübarizəyə ümumilikdə 125 ölkədən 758 cüdoçu (460 kişi, 298 qadın) qatılacaq. Qadınların yarışında 80, kişilərdə isə 118 ölkə təmsil olunacaq.
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb
"Qəbələ" - "Neftçi": Heyətlər
Tofiq Bəhramov stadionu təmir olunacaq
41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı
"3-4 şirkətlə aktiv danışıqlar gedir" - PFL rəsmisi
Azərbaycandan Surinam millisinə çağırıldı
Tomas Tuhel İngiltərə millisinin heyətini açıqladı
Azərbaycan kubokunun püşkü atıldı
"Sabah"ın futbolçusu 2 ildən sonra Polşa millisinə çağırıldı
Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə millisində karyerasını başa vurdu
"Liverpul"un gənc hücumçusu "Arsenal"a keçdi