"Sportinq"dən "Zirə"yə - rəsmi

"Sportinq"dən "Zirə"yə -  rəsmi
GÜNDƏM 10 Avqust 2018 / 17:20 5880
-  A +

21 yaşadək futbolçulardan ibarət yığmamızın və "Sportinq"in üzvü Budaq Nəsirov karyerasını "Zirə"də davam etdirəcək.

Qol.az-ın paytaxt klubunun saytına istinadən yaydığı xəbərə görə, gənc yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. O, qarşıdakı mövsümü icarə əsasında "Zirə"də keçirəcək.

Qeyd edək ki, B. Nəsirov "Sportinq"in B komandasında çıxış edir. Onun Lissabon klubu ilə 3 illik sözləşməsi var.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi