“Liverpul” Çempionlar, “Çelsi” Avropa Liqasında

“Liverpul” Çempionlar, “Çelsi” Avropa Liqasında
GÜNDƏM 13 May 2018 / 20:04 6196
-  A +

İngiltərə Premyer Liqasında 2017/18 mövsümünə yekun vurulub.

Qol.az-ın xəbərinə görə, bugünkü matçlardan sonra ölkəni avrokuboklarda təmsil edəcək bütün komandalar müəyyənləşib.

Beləliklə, çempion “Mançester Siti”, vitse-çempion “Mançester Yunayted”, bürünc medalçı “Tottenhem”dən sonra dordüncü yeri bu gün təmin edən “Liverpul”un yeni mövsümdən Çempionlar Liqasının qrupunda oynayacağı qətiləşib. Yeni qaydalara əsasən, 2018/19 mövsümündən İngiltərə Premyer Liqasında ilk dörd yeri tutan komandalar ÇL-in qrupu mərhələsinə avtomatik vəsiqə qazanır.

“Çelsi” çempionatı 5-ci yerdə tamamladığı üçün yeni mövsümdən Avropa Liqasının qrupunda yarışacaq. London təmsilçisi son 3 ildə artıq 2-ci dəfədir ÇL-də yarışmaq hüququndan məhrum olub.

Bundan başqa, yeni mövsümdən 6-cı yeri tutan “Arsenal” da Avroliqanın qrupunda oynayacaq. Yarışı 7-ci yerdə tamamlayan “Bernli” Avropa Liqasının pley-off mərhələsində oynamaq hüququ qazanıb.

Bundan başqa, 38-ci turun bugünkü matçlarında sonra Premyer Liqanı tərk edən sonuncu - üçüncü komanda da qətiləşiv. "Vest Bromçiv" (20-ci yer) və "Stok Siti"dən (19-cu yer) sonra yeni mövsümdən "Suonsi" (18-ci yer) də Çempionşipdə yarışacaq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi