"Ömər Paşayev pis hakimlik etdi" - Pərdis Fərcad-Azad

"Ömər Paşayev pis hakimlik etdi" -  Pərdis Fərcad-Azad
GÜNDƏM 13 Mart 2018 / 19:09 3441
-  A +

"Keşlə”nin hücumçusu Pərdis Fərcad-Azad Topaz Premyer Liqanın 20-ci turunda  “Qəbələ” ilə oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.az-ın məlumatına görə, o əvvəlcə görüşlə bağlı danışıb.

- Bu gün həqiqətən də yaxşı və qorxusuz oynadıq. İkinci yarıda daha yaxşı oynadığımızı düşünürəm. 1:1 hesabının layiqli nəticə olduğunu düşünürəm.

- “Keşlə”nin şansları daha çox olsa da, qol vura bilmədiniz...

- Bəli, şanslarımız da var idi. “Qəbələ”nin də qol epizodları oldu. Bir-iki qol da vura bilərdik.

- Nəyə görə vura bilmədiniz?

- Bilmirəm, niyə. Bəxtimiz də gətirmədi. Birinci və ikinci yarıda da qol imkanlarımız oldu.

- Fasilədə baş məşqçi sizə hansı tapşırıqları verdi?

- Komandamızın keyfiyyəti var. Sadəcə onu göstərə bilmirik hələ. Yaxşı oyunçularımız var.

- Onu göstərməyə nə mane olur?

- Bilmirəm. Çalışırıq ki, nəsə edək. Ancaq keyfiyyətimizi hələ 100 faiz göstərə bilmirik. İkinci yarıda 80-90 faiz göstərdik.

- Tez-tez hakimə etiraz edirdin. Hətta etiraza görə sarı vərəqə də aldın. İdarəçiliklə bağlı nə deyə bilərsən?

- Öməri tanıyıram, qardaşdır. Ancaq bu gün pis hakimlik etdi. Bir epizodda Vitali Vernidub məni itələyirdi arxadan, bir epizodda da cərimə vermədi.

- Komanda yoldaşlarına niyə qışqırırdın?

- Olur da, adam həyəcan keçirir. Qalib gəlmək istəyirsən, mübarizə aparırsan.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi