"Turun taleyi hələ həll olunmayıb" - Ronaldo

"Turun taleyi hələ həll olunmayıb" - Ronaldo
GÜNDƏM 15 Fevral 2018 / 12:32 4288
-  A +

"Azarkeşlərimiz möhtəşəm dəstək verdilər. Onların dəstəyini hiss etdik".

Qol.az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə ilk oyunundan sonra "Real"ın hücumçusu Kriştiano Ronaldo deyib.

3:1 hesabı ilə qalib gəldikləri görüşdə 2 qol vuran portuqaliyalı futbolçu "Goal.com"a açıqlamasında qarşılaşma ilə bağlı fikirlərini bildirib: "Vacib qələbə qazandıq. Oyuna yaxşı başlasaq da, ilk qolu biz buraxdıq. Amma "Real"ın Çempionlar Liqasında zəngin təcrübəsi var. Son dəqiqələrdə vurduğumuz 2 qol sayəsində cavab matçı öncəsi yaxşı nəticə qazandıq".

PSJ-nin qapısına vurduğu qollardan da danışan ulduz futbolçu komanda yoldaşı Marselonun çıxışını xüsusi qeyd edib: "Marselonun qolu çox vacib idi. O, oyunu yüksək səviyyədə keçirdi və fərqlənməyə layiq idi. Mən isə 2 qol vurdum. Komandanın qollar vurub, qalib gəlməsi mənim üçün xüsusi hisslərdir".

Ronaldo Madriddəki qələbəyə baxmayaraq, turun taleyinə Parisdə aydınlıq gələcəyini vurğulayıb: "PSJ ilə oyunun taleyi hələ həll olunmayıb. Hələ Parisə getməliyik. Orada da qollar vurub, qələbə qazanmaq lazımdır. Sakitcə növbəti mərhələyə keçməliyik".

Qeyd edək ki, "Real" - PSJ oyunu Madrid klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi