Prosineçki haqda növbəti iddialar

Prosineçki haqda növbəti iddialar
GÜNDƏM 15 Dekabr 2017 / 10:46 4546
-  A +

Millimizin sabiq baş məşqçisi Robert Prosineçki haqda növbəti iddialar yayılıb.

Qol.az-ın məlumatına görə, Qazaxıstan mətbuatı ölkənin yüksək liqa klublarından birinin xorvatiyalı mütəxəssislə maraqlandığı yazıb. Ancaq klubun adı açıqlanmayıb.

Bundan başqa, R.Prosineçkinin Bosniya və Herseqovina millisinin baş məşqçi vəzifəsinə yenidən əsas namizəd olduğu bildirilib. Ölkənin futbol federasiyasının Fatih Terimlə danışıqları müsbət nəticələnmədiyi üçün yenidən 48 yaşlı çalışdırıcı əsas namizəd kimi ön plana keçib.

Daha çox


Son xəbərlər